Tarix : 2023 Jul 27
Kod 63690

Ermənistan Laçın SBM-də tıxac yaratmaq istəyir

Ermənistan mediyaları bildiriblər ki, bu gün Ermənistandan humanitar yardımın olduğu onlarla yük maşınının “blokada”da olan Qarabağa göndərilməsi planlaşdırılır.
arannews.com: parstoday -Həmin mənbələrə görə, avtomobil karvanı Kornidzora və "Laçın" sərhəd-keçid məntəqəsilə Azərbaycan ərazisinə gedəcək.

Azərbaycan Dövlət Sərhəd Xidməti isə ötən axşam bildirib ki, Ermənistan tərəfindən təxribat hazırlanır.

“Əldə edilmiş məlumata əsasən Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır”,- DSX-nin məlumatında deyilir. 

Dövlət Sərhəd Xidməti Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırıb.

“Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcək”, - Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Bütün bunlar elə bir şəraitdədir ki, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri dünən Moskvada Rusiyanın xarici işlər nazirinin də iştirak etdiyi üçtərəfli görüş keçiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağla Ermənistan arasında əlaqələr üçün nəzərdə tutulmuş Laçın dəhlizindən separatçılara silah-sursatın daşındığını bildirərək, bu dəhlizdən hərhansı gediş-gəlişə nəzarət məqsədi ilə buraxılış məntəqəsi yaradıb.

Azərbaycan Respublikasının suveren hüququ olan Laçın sərhəd-keçid məntəqəsi Ermənistan, Rusiya, Avropa İttifaqı və ABŞ tərəfindən ciddi tənqid olunur. Onlar rəsmi Bakını Qarabağdakı erməniləri blokadaya almaqda və orada humanitar faciəyə səbəb olmaqda günahlandıraraq dərhal Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırmağa çağırırlar.

2020-ci il 10 noyabr üçtərəfli bəyanatı Qarabağdakı separatçı ermənilərin qanunsuz fəaliyyətinin davam etməsini, eləcə də onların Azərbaycanın müdaxiləsi və nəzarəti olmadan Ermənistanla təhlükəli əlaqələrdə olmasını təmin edir.

  • Yazılıb
  • da (də) 2023 Jul 27
  • Göndərən رضا رستمی