arannews.com : irnaSionist rejimin təhlükəsizlik araşdırmalar mərkəzinin direktoru ehtiyatda olan general Tamir Hayman deyib: “İsrail ordusunun süqutu başlayıb.” O, “İsrael Hayom” qəzetində dərc olunan məqaləsində bildirib ki, özünü millətin (yəhudi) ordusu kimi təqdim edən ordunun dağılması İsrailin təhlükəsizliyi üçün ağır şərait yaradacaq. Bu çöküş əslində artıq başlayıb və ordunu siyasi diskursdan kənarda saxlamaq cəhdləri artıq mümkün deyil.
O, qeyd edib ki, bugün İsraildə baş verən hadisələrin mərkəzində İsrail ordusudur və bu quruluşun həmin səhnədən kənarda dayanmasını gözləmək sadəlövhlükdür.
Sionist general məqaləsinin davamında yazıb: “Ordunun qüdrətinin sirri kor-koranə itaətdə deyil, könüllülük ruhunda və onun gücünü sağdan, soldan və mərkəzdən, dini və dünyəvidən təşkil edən bütün ünsürlərin mövcudluğu və birləşməsi bu gün ciddi təhlükə altında olan bir göstəricidir.”
Onun sözlərinə görə, İsrail ordusu əsgərlərin iştirakı olmadan dağılmaqdadır və heç bir üstünlüyü olmayan sıradan bir ordu olaraq qalacaq. Biz çəkindirici gücümüzün sirrini itiririk, halbuki, ehtiyat qüvvələrinə qoşulma strukturu olmadan praktiki ölçüdə deməyə sözümüz yoxdur. Çünki ehtiyat qüvvələr olmadan, İsrail ordusu bugünkü imkanlarımızdan qat-qat məhdud imkanlara malik kiçik bir ordudur.
Uzun müddətdir ki, bu rejim ordusunda təhlükəli çöküşlə əlaqədar olaraq, rejimin sıx böhranları, xüsusən də məhkəmə səlahiyyətlərini məhdudlaşdıran qanunların qəbulu ilə bağlı formalaşan böhran haqda sionist rejimin generalları və hərbi ekspertlərinin xəbərdarlıqları kəskin şəkildə artmışdır.
Bununla bağlı sionist ordusunun sözçüsü ehtiyatda olan qüvvələrinin hərəkətlərinin ordunun fəaliyyətinə ciddi təsir göstərdiyini etiraf edib.
Sionist Ordu radiosu sionist ordusunun sözçüsünə istinadən xəbər verib: “Məhkəmə-hüquq islahatlarına etiraz olaraq keçirilən hərbi qulluqçuların ehtiyatlılıq xidmətini yerinə yetirməkdən imtinası ordunun səmərəliliyinə kölgə salıb və gələcək həftələrdə mütləq zərər verəcəkdir.”
Qeyd edək ki, ibrani mediası çərşənbə axşamı elan edib ki, elit qüvvələrin 700 üzvü öz birləşmələrinə qoşulmamaq təhdidini həyata keçirib və artıq orduda olmayacaq.