Tarix : 2023 Jul 28
Kod 63693

Sionist hərbçilər fələstinli yeniyetməyə atəş açaraq onu şəhid ediblər

cümə axşamı səhər saatlarında sionist əsgərlərin Qalqilya şəhərində fələstinli yeniyetməyə atəş açaraq şəhid etdiklərini xəbər verib.
arannews.com: irna sionist qüvvələr Qalqilya şəhərinə hücum ediblər. Sionistlər 14 yaşlı fələstinli yeniyetmə Faris Şəhrəbil Əbu Səmrəyə atəş açaraq onu şəhid ediblər.
Bu xəbərə əsasən, sionist qüvvələrin Qəlqiliya şəhərinin Əl-Nəqar məhəlləsinə hücum etməsi fələstinli gənclərlə işğalçılar arasında şiddətli qarşıdurmaya səbəb olub.
Çərşənbə günü də Fələstin Səhiyyə Nazirliyi sionistlərin gülləsinə tuş gələn 23 yaşlı fələstinli Məhəmməd Əbdül-Həkim Nəim Nadinin şəhadətini xəbər vermişdi.
Son aylarda İordan çayının qərb sahilində sionist hərbçilərin hücumlarına qarşı Fələstin vətəndaşlarının müqaviməti və fələstinli mübarizlərin sionistlərə qarşı silahlı mübarizəsi artıb.
Bu vəziyyət sionist rejimin siyasi və hərbi rəhbərlərini o qədər narahat etmişdir ki, uşaq və yeniyetmələrə də atəş açırlar.
 
  • Yazılıb
  • da (də) 2023 Jul 28
  • Göndərən رضا رستمی
Açar sözlər