Avropa İttifaqı Azərbaycan hakimiyyətini Laçın dəhlizini yenidən açmağa çağırıb.
arannews.com: parstoday- Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cosep Borrell açıqlamasında bildirib ki, Azərbaycanın Ağdam şəhəri vasitəsilə mal tədarükünə hazırlığı Laçının dəhlizinə alternativ kimi qəbul edilməməlidir.
O deyib: “Avropa İttifaqı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yerli əhaliyə təsir edən ciddi humanitar vəziyyətdən dərin narahatdır. Laçın dəhlizinin yenidən açılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin Sərəncamına baxmayaraq, yeddi aydan çoxdur ki, Laçın dəhlizi ilə hərəkət əngəllənir”.
C.Borrel qeyd edib ki, tibbi ləvazimatlar və zəruri mallar Dağlıq Qarabağda azdır və ya artıq tükənib, bunun yerli əhali üçün dəhşətli nəticələri var.