Tarix : 2023 Jul 29
Kod 63695

Ərdəbil imam cüməsi: İmam Hüseyni (ə) olan xalq müstəmləkəçilik və zülm boyunduruğu altında olmamalıdır

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi deyib: “İmam Hüseyni (ə) olan xalq müstəmləkəçilik, zülm və öz hökmranlarının boyunduruğu altında olmamalıdır.”
arannews.com: irna- Ayətullah Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində deyib: “Əgər İslam ümməti İmam Hüseynin (ə) ardınca getsəydi, İsrail kimi cinayət mikrobu iki milyardlıq ümmətə hakim kəsilə, onları hər an alçalda bilməzdi. Bir ərəb yazıçısı necə də gözəl deyib: “Ərəb millətinin başıucalıq üçün Hüseynin düşüncəsinə ehtiyacı var.”

İmam cümə əlavə edib: “İmam Hüseynin (ə) öz dövründə çox zəkalı bir ərəb İmama (ə) dedi: Ya Hüseyn! Əgər sən şəhid olsan, bizim hamımız səndən sonra qul olacağıq.

İndi Amerika və sionist rejim İslam ümmətini quldan da pis vəziyyətə salıblar. İsrail 75 ildir ki, cavan, qoca, qadın, uşaq olmaqla günahsız müsəlmanların qanını axıdır.”

İsrail iki böyük cinayət törətdi

Cümə namazının xətibi deyib: “İsrail bu həftə iki böyük cinayət törətdi. Birincisi, Qəlqiliyə şəhərindən olan Faris Əbu Səmər adlı uşağı çox faciəli bir şəkildə öldürdü və bununla dünyada olan hər bir azad insanın qəlbini yandırdı. Bu bədnam rejimin nəhs tarixində öldürülən uşaqların sayı çox sarsıdıcıdır. Bu uşağın öldürülməsi o qədər iyrənc bir hərəkət idi ki, İngiltərə xarici işlər naziri İsrailin bu uşağı niyə belə faciəli şəkildə öldürdüyünü açıq şəkildə izah etməli olduğunu bildirdi.

Bundan əlavə, İsrail üç gün ərzində dörd fələstinli gənci vəhşicəsinə edam etdi, belə ki, şəhidlərin qanı divarı qırmızı rəngə boyadı. Elə bir gün yoxdur ki, bu cinayət və fəsad mikrobu müsəlmanları öldürməsin, soyqırım törətməsin. Müsəlman hökumətləri isə buna tamaşa edir, üstəlik, bəzən də İsrailin prezidenti, ya baş naziri və ya digər nazirləri üçün qırmızı xalça sərirlər.”

Ayətullah Amili vurğulayıb ki, hər hansı hökumət Allahın Rəsulu (s) qarşısında cavab verə bilməsə, Allahın Rəsulu (s) onun öz ümmətindən olmadığına şəhadət verəcəkdir. Həmin hökumətlər arzu edəcəklər ki, ey kaş, yerlə yeksan olurduq, ancaq belə bir günü görməyəydik.

Süleyman (ə) məbədi ümumiyyətlə Qüdsdə olmayıb

Ərdəbil imam cüməsi qəsbkar sionist rejimin təhlükəsizlik nazirinin Məscidül-Əqsaya daxil olması və həmin məscidin ərazisini təhqir etməsinə toxunaraq deyib: “Bu həftənin ikinci cinayəti odur ki, İsrail tarixinin ən ifrat və ekstremist naziri olan təhlükəsizlik naziri Ben Qvir 2000 ekstremist mühacirlə birlikdə Məscidül-Əqsaya daxil oldu və dedi: Bu gün Süleyman məbədinin dağıdılmasının ildönümüdür. Halbuki, Süleyman məbədi heç Qüdsdə olmayıb.

Fələstində iki müqəddəs yer var: Məscidül-Əqsa və Əl-Xəlil şəhərinin köhnə hissəsində yerləşən İbrahimi hərəmi. İsrail hərəmi də işğal edib və qapılarını fələstinlilərin üzünə bağlayıb. Beytül-Müqəddəsdə biri qızıl, digəri qızıl olmayan iki günbəz var. Qızıl olmayan günbəz məscidin üzərində, qızıl günbəz isə Allahın Rəsulunun (s) Meraca qalxdığı qaya üzərindədir. Sionistlər iddia edilən Süleyman binasını eyni qaya üzərində tikməyə çalışırlar.”

Vəliyyi-fəqihin nümayəndəsi bildirib ki, bir çox İslam ölkələri Məscidül-Əqsaya yürüşü, ona hörmətsizliyi və müsəlmanların məsciddən çıxarılmasını pislədilər və təxribat adlandırdılar. Lakin bu ölkələr yalnız pisləməklə kifayətləndilər və ayrı addım atmadılar. Halbuki, Ben Qvir üçüncü dəfədir ki, Məscidül-Əqsaya daxil olur, məscidi təhqir edir, məsciddə bağırır. O məlun dedi ki, Məscidül-Əqsa bizim üçün çox vacibdir, bu məscid bizim əlimizdə olmalıdır və Qüds bizim əbədi paytaxtımızdır.

Ekspertlər Məclisinin üzvü xütbəsinin davamında deyib: “Britaniya xarici işlər naziri bu həftə bildirdi ki, bizim uzunmüddətli siyasətimiz Fələstin və İsraildə iki dövlət əldə etməyə çalışan qərarları dəstəkləməkdir.

Bu nazirə demək lazımdır ki, İsrail qondarma rejimdir və onu siz yaratdınız. Balfur Bəyannaməsi hər şeyi deyir. Bu bəyanat Britaniya hökumətinin alnında olan rüsvayçı ləkədir və heç vaxt silinməyəcək. Balfur Bəyannaməsi tarixi bir bəyannamədir. Bu bəya

nnaməyə əsasən, 1917-ci ildə Birinci Dünya Müharibəsi zamanı Britaniya hökumətinə dəstək elan etmək üçün Britaniya hökuməti Fələstində “yəhudi xalqı üçün milli ev” yaratmağa icazə verib. O zaman Fələstin Osmanlı İmperiyasının nəzarəti altında olan ərazinin bir hissəsi idi və orada kiçik bir yəhudi azlığı yaşayırdı.”

​​​​​​
  • Yazılıb
  • da (də) 2023 Jul 29
  • Göndərən رضا رستمی
Açar sözlər