arannews.com: İSNA-nın məlumatına görə, Ərəb dünyasının tanınmış analitiki və regional “Rəy əl Yəvm” qəzetinin redaktoru Əbdülbari Ətvan ABŞ prezidenti Co Bayden hökumətinin Səudiyyə Ərəbistanı ilə sionist rejim arasında münasibətlərin normallaşdırılmasına dair mümkün razılaşmasını təhlil edərək yazıb: “Bu ilin əvvəlindən bir ay belə olmayıb ki, yüksək rütbəli bir amerikalı məmur iki ölkə (ABŞ və Səudiyyə Ərəbistanı) arasında xüsusi və görkəmli müttəfiqlik münasibətlərini bərpa etmək, onu normal vəziyyətə qaytarmaq, Çin və Rusiyanın təsirinin qarşısını almaq, eləcə də şirnikləşdirici təkliflərlə yanaşı, Ər-Riyad və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması məqsədilə Ərəbistana səfər etməmiş olsun. Təbii ki, bu cəhdlər məyusedici olub. ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan, Ağ Evin regional işlər üzrə koordinatoru Brett McGurk ilə birlikdə Səudiyyə Ərəbistanına səfər edən sonuncu ABŞ rəsmisi olub. O, Ciddə şəhərində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə ətraflı müzakirələr aparsa da, iki ölkənin ümumi maraqlarının qeyd olunduğu açıq bəyanatlar istisna olmaqla, bu görüşdə müzakirə olunan məsələlərlə bağlı yekun bəyanat dərc olunmadı.”
Ətvan daha sonra Ər-Riyada yaxın bir ərəb diplomatından sitat gətirərək yazıb ki, Sallivan gizli və açıq şəkildə ən azı iki dəfə Səudiyyə Ərəbistanına səfər etdi, ik səfəri zamanı Məhəmməd bin Salmanla görüşmək üçün bir neçə gün gözləməli oldu, Bin Salmanın cəmi bir neçə dəqiqə ayırdığı bu görüşdə onun şirnikləndirici təkliflərinə və Çin-Rusiya oxu ilə siyasi və iqtisadi əlaqələri dayandırmaq, habelə İranla münasibətləri dondurmaq tələbinə heç bir cavab ala bilmədi.
Səudiyyə Ərəbistanının artıq Amerikaya ehtiyacı yoxdur, çünki onun ulduzu süqut etməkdə və dünyada liderliyi məhv olmaqdadır, əksər bölgələrdə, xüsusən də Ukraynada ruslar qarşısında, Şərqi Asiya və Afrika qitəsində Çin qarşısında çoxsaylı məğlubiyyətlərlə üzləşib. ABŞ hökumətinin rüsvayçılığı o yerə çatıb ki, Çinlə münasibətləri yaxşılaşdırmaq, onunla Rusiya arasında fikir ayrılığı yaratmaq, Ukraynadakı müharibədən çıxmaq üçün vasitəçi tapmaq məqsədilə 100-dən çox yaşı olan Henri Kissincerə yalvarır.
Analtik bildirib ki, fikrimizcə, Səudiyyə Ərəbistanının ABŞ-la birgə müdafiə müqaviləsinə ehtiyacı yoxdur, xüsusən də Amerika müharibəyə girərək Ukraynanı məyus etdikdən sonra. ABŞ beş şərq bölgəsinin rus ordusu tərəfindən süqut etməsinin qarşısını almaq üçün oraya bir əsgər və ya təyyarədaşıyan belə göndərmədi, onu bəzi köhnə silah və sursatla dəstəkləməklə kifayətləndi.
Bundan əlavə, ABŞ Ruzveltin Kral Əbdüləziz Ali-Səudla imzaladığı 1945-ci il müqaviləsi ilə Səudiyyə Ərəbistanına dəstək vermək öhdəliyi götürmüşdü, lakin Yəmən müharibəsi zamanı Patriotun bütün atəş texnikasını və yüksək inkişaf etmiş THAAD raketdən müdafiə sistemini (Səudiyyə Ərəbistanından) çıxardı.
Sonda deməliyəm ki, Ərəb və İslam ölkələrinin iki regionunda mövqelərini möhkəmləndirən, İranla münasibətlərini ən parlaq dövrünə qaytarmaqla böyük strateji irəliləyiş əldə edən, habelə ötən ilin dekabrında Ər-Riyadda Çin prezidenti üçün qırmızı xalça sərən Səudiyyə Ərəbistanı, hazırda görünməmiş daxili çöküş yaşayan işğalçı İsrail rejimlə münasibətlərini normallaşdırmağa ehtiyac duymur və bundan sonra da heç bir ehtiyac duymayacaq. Normallaşmaya qarşı çıxmaq, müstəqil Fələstin dövlətinin qurulmasına və Fələstin xalqının qanuni hüquqlarının bərpasına israr etməklə Ərəb və İslam ölkələri arasında son vaxtlar güclü şəkildə yenidən qazandığı populyarlığını itirməyin onun xeyrinə olacağını düşünmürəm. Səudiyyə Ərəbistanı ən azı indiyə kimi əsrin sövdələşməsi fırtınasını, Trampın azğın öküzünü və İbrahim sülhü (sionist rejimlə münasibətlərin normallaşdırılması) müqavilələrini dayandırmaqda uğurlu əməl edib.
Ətvan vurğulayıb: “Səudiyyə Ərəbistanı məyusedici Amerika müttəfiqindən üz döndərdikdən sonra vəziyyəti yaxşılaşdı, Rusiya ilə OPEC+ razılaşması onu büdcə kəsirinə görə neft sənayesinin mirvarisi sayılan Aramco səhmlərini satmaq məcburiyyətində qalan bir ölkədən xəzinəsinin illik 200 milyard dollardan çox profisiti olan bir ölkəyə çevirdi. Artıq BRİKS qrupuna qoşulmağa hazırdır, hansı ki, hal-hazırda onunla ticarət əməliyyatların həcmi hər il təxminən 160 milyard dollar təşkil edir. Həmçinin onu Yaxın Şərqdə turistlər üçün ilk təyinat yerinə çevirəcək və neftdən asılılığını azalda biləcək turizm layihələri üçün planları var.