Tarix : 2023 Jul 31
Kod 63706

Putin: Bu il Rusiya donanmasına 30 gəmi qoşulacaq

Rusiya prezidenti Rusiyanın Hərbi-Dəniz Donanması Gününün illik paradında bu il 30 gəminin Rusiya Dəniz Donanmasına qoşulacağını elan etdi.
arannews.com: irna-Bu məqsədlə Sankt-Peterburqa gedən Vladimir Putin, Rusiya Müdafiə naziri Sergey Şoyqu tərəfindən qarşılanaraq müşayiət olundu. O, Petropavel qalası yaxınlığında qayığa minərək, oradakı iştirakçılar, son günlərdə ikinci Rusiya-Afrika sammitində iştirak etmək məqsədi ilə Sankt-Peterburqda olan və paradı müşahidə edən bəzi Afrika ölkələri rəsmiləri və dünyanın bəzi ölkələrinin yüksək çinli komandirləri, o cümlədən İran İslam Respublikasından olan qonaqlar qarşısında çıxış edib.

Bəzi Rusiya xəbər mənbələrinə görə, paradda 40-dan çox gəmi, qayıq və sualtı gəmilər, 42 təyyarə və 3,500-dən çox hərbiçi iştirak edir.

Müvafiq olaraq, Rusiyanın bəzi yeni nailiyyətləri, o cümlədən kiçik Zirkon raket gəmisi və "Adamiral Qolovko" freqatı, Baltik, Qara dəniz və şimal rus donanmalarının arsenalına verilməsi gözlənilir.

Xüsusilə Rusiya sualtı donanması, ölkənin Sakit okeanda təsirini gücləndirmək üçün hazırlanmış 4-cü nəsil “İmperator III Aleksandr” strateji nüvə sualtı gəmisini təhvil alacaqdır.
İran İslam Respublikası Strateji Dəniz Qüvvələrinin komandanı Admiral Şəhram İrani də rusiyalı həmkarının rəsmi dəvətilə mərasimdə iştirak edir.

Sankt-Peterburq paradı ilə eyni vaxtda, Xəzər dənizinin şimalındakı Kaspiysk limanında keçrilən Rusiya dəniz paradına İran İslam Respublikası ordusu donanmasının 3 gəmisi də qoşulub.

Hər ilin iyul ayının son bazar günü Rusiya prezidentinin fərmanı ilə Rusiyanın Hərbi-Dəniz Donanması Günü kimi qeyd olunur. Bu gün İsveçlə döyüşdə Rusiya Donanması qələbəsinin ildönümü münasibətilə adlandırılmışdır.

  • Yazılıb
  • da (də) 2023 Jul 31
  • Göndərən رضا رستمی