Tarix : 2023 Jul 31
Kod 63707

Nehrəmdə azyaşlıların valideynləri məsuliyyətə cəlb olunub

Nehrəmdə dini mərasimdə iştirak edən azyaşlıların valideynləri məsuliyyətə cəlb edilib.
arannews.com:parstoday-Sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb.

Məlumatda deyilir: “İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq".

Qeyd edək ki, Azərbaycan Respublikasında son illərdə məhərrəmlik ayında, Aşurada dini ritualları yerinə yetirməyə hökumət tərəfindən maneçilik törədilir və yetkinlik yaşına çatmamış uşaqların mərasimlərdə iştirakına qadağa qoyulub, buna baxmayaraq gənc nəsil əlinə düşən hər bir fürsətdən istifadə edərək məhərrəmlik mərasimlərini bayırda keçirmyə cəhd göstərir.

Bunu Aşura günü gənc nəslin cəsarətli hərəkəti subuta yetirdi və onlar Əhli-Beytı olan sevgilərini müxtəlif rayonlarda nümayiş etdirdilər.

  • Yazılıb
  • da (də) 2023 Jul 31
  • Göndərən رضا رستمی