arannews.com:irna- bu müharibənin Şərqi Avropada müxtəlif ölçülərlə davam etməsi və onun geniş mənfi iqtisadi nəticələri, həmçinin, NATO-nun Asiyaya doğru fəaliyyət sahəsini genişləndirmək üçün Qərbin yersiz bəhanələri, bugün bir çox dünya liderləri kimi Yaxın Şərqin və xüsusən də Fars körfəzinin bir çox ölkəsini qlobal təhlükəsizliklə bağlı yeni konsepsiyada öz real yerlərini tapmaq barədə düşünməyə, habelə, ABŞ-ın iştirakı ilə Yaxın Şərq regionunda “kollektiv təhlükəsizlik” kateqoriyası ilə bağlı əvvəlki təsəvvürləri yenidən nəzərdən keçirməyə vadar edib. Bəlkə də buna görədir ki, biz son bir ildə bəzi müharibə edən ölkələrin öz aralarında əvvəlki gərginliyi tədricən necə azaltdığını və dünya güclərinə qarşı qərəzlərində də dəyişiklik etdiklərini görürük. Nümunə olaraq, xüsusilə beynəlxalq təhlükəsizlik sistemində yeni qütbləşmələrdən sonra İranla Fars körfəzinin cənub ölkələri arasında son zamanlar yaranmış deeskalasiyanı qeyd edə bilərik.
Təbii ki, Ukraynadakı müharibə və onun Amerika tərəfindən yanlış idarə olunmasından əlavə, İran, Çin və Rusiya arasında üçtərəfli təhlükəsizlik ittifaqının yaradılması və illik birgə təlimlərin keçirilməsi kimi digər regional hadisələr də Fars körfəzi regionu ölkələrinin daha çox Amerika rəhbərliyinə əsaslanan əvvəlki təhlükəsizlik siyasətlərini yenidən nəzərdən keçirməsinə, bir növ İranın iştirakı ilə bu yeni koalisiyaya qoşulmaq istəklərini bildirməsinə səbəb oldu.
Bu il 5 iyunda İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani eyni bölgədən olan oyunçuların iştirakı ilə Fars körfəzində yeni dəniz ittifaqı yaradıldığını elan etdi. Bu xəbər bir çox beynəlxalq və regional mediada geniş əks-səda doğurdu.
Eyni zamanda bir çox analitik onun sözlərini dərc edərək belə dəlil gətirdilər ki, bu yeni plan (regional dəniz ittifaqının yaradılması) Fars körfəzinin regional təhlükəsizliyinin təmin edilməsində ABŞ-ın ənənəvi və uzunmüddətli rolunu asanlıqla sual altına qoya bilər.
Təbii ki, bundan əvvəl İran və Səudiyyə Ərəbistanı martın 10-da Pekində suveren səviyyədə anlaşma memorandumu imzalamışdı. Bu da, Yaxın Şərq və Fars körfəzi regionunun vəziyyətində genişmiqyaslı dəyişiklik baş verdiyini göstərdi. Çünki bu hadisə Çinin Qərbi Asiya geosiyasətinə daxil olması, Amerika və Avropa Birliyinin bu regionda marginallaşması üçün dönüş nöqtəsi oldu.
İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında Pekində bağlanan bu ikinci razılaşmadan dərhal sonra iranlı admiral Fars körfəzində İran, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Bəhreyn, Hindistan, Pakistan və Birləşmiş Ərəb Əmirliklərindən ibarət yeni regional dəniz blokunun yarandığını elan etdi. Hansı ki, Amerikanın dünyanın bu bölgəsində apardığı təfriqəçilik siyasət ucbatından o günə qədər yeni təhlükəsizlik ittifaqı təsəvvür etmək mümkün deyildi.
Yəni ABŞ-ın 5-ci donanması bugün Fars körfəzində və Bəhreyndə yerləşsə də, onun məsuliyyət sahəsinə Fars körfəzi və Hind okeanının qərb hissəsi daxildir. Amma bu Fars körfəzi ölkələri arasında Amerikanın daimi müttəfiqlərindən biri sayılan BƏƏ də var. Lakin bugün BƏƏ regional məsələlərdə Amerikaya yönəlmiş birtərəfli istiqamətlənməsindən əl çəkib və bu Fars körfəzi dəniz ittifaqına qoşulmaq üçün yeni müraciətçidir.
İran admiralının bu açıqlamalarının Amerika hökumətinin reaksiyasına səbəb olması bəlkə də əlaqəsiz deyildi. Çünki bu açıqlamalardan ilk üzülən yazıçı və keçmiş amerikalı diplomat “Dennis Ross” oldu və tvitində buna sərt reaksiya verdi. Təbii ki, izləyicilər tərəfindən çoxlu tənqidi reaksiyalarla üzləşdi.
Bununla belə, demək olar ki, İran son illər yeni geosiyasi nizama doğru irəliləyir və bu, asanlıqla Amerika üçün ciddi həyəcan siqnalı ola bilər. Əslində, İran Respublikasının Prezidenti İbrahim Rəisinin 4 iyunda: “Dünya Amerika hegemonluğuna müqavimət göstərən ölkələrin yeni geosiyasi nizama doğru irəliləyir. İran da daxil olmaqla, bu ölkələr Vaşinqtonun mövqelərinin zəifləməsi fonunda öz maraqlarını daha effektiv müdafiə edə biləcəklər” deməsi, əlaqəsiz deyildi.