Tarix : 2023 Aug 01
Kod 63712

Medvedev Ukrayna ordusunun əks-hücumundan danışdı: “Hücum uğurlu olarsa, nüvə silahından istifadə etməli olacağıq”

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev bildirib ki, Kiyevin davam edən əks-hücumu uğurlu olarsa, Moskva nüvə silahından istifadə etməli olacaq.
arannews.com:parstoday-Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini olan Medvedev sosial şəbəkələrdəki rəsmi hesablarında Rusiyanın belə bir ssenaridə öz nüvə doktrinasına müraciət etmək məcburiyyətində qalacağını söyləyib.

“Təsəvvür edin, əgər NATO-nun dəstəklədiyi hücum uğurlu alınsaydı və onlar torpaqlarımızın bir hissəsini qoparsaydı, Biz Rusiya prezidentinin fərmanının qaydalarına uyğun olaraq nüvə silahından istifadə etməyə məcbur olardıq. Başqa bir seçim olmazdı”, - deyə rusiyalı rəsmi qeyd edib.

  • Yazılıb
  • da (də) 2023 Aug 01
  • Göndərən رضا رستمی