İranın xarici işlər naziri deyib: "Xarici ölkələrin Suriyada hərbi mövcudluğu bu ölkədə və regionda sabitlik və təhlükəsizliyə heç bir töhfə verməyəcək".
arannews.com:parstoday-iranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bazar ertəsi Suriyanın xarici işlər naziri Feysəl Miqdad ilə birgə mətbuat konfransında əlavə edib: "İran regionda sülh, sabitlik və davamlı təhlükəsizliyə nail olmaq üçün səylərini və dəstəyini davam etdirəcək". Əmir Abdullahian sionist rejimin Suriya ərazisinə təkrar hücumlarını qətiyyətlə oisləyərək, deyib: "Bu rejim regionda qeyri-sabitliyin əsas mənbəyidir, çünki bu rejim özünün süni şəkildə sağ qalmasının regionda müharibə qızışdırması hesabına olduğunu düşünür. Sionist rejimin saxta hökmdarları başa düşdülər ki, sionistlərin heç bir hərəkəti cavabsız qalmayacaq. Region ölkələri bu rejimin hərəkatlarına biganə olmayıb və olmayacaq".
O, daha sonra əlavə edib: "İran Suriya xalqının bu ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək hüququnu qətiyyətlə dəstəkləyir və və inanırıq ki, xarici ölkələrin Suriyada hərbi mövcudluğu bu ölkədə və regionda sabitlik və təhlükəsizliyə heç bir töhfə verməyəcək".
Suriya ilə Türkiyə arasında sərhəd təhlükəsizliyi ilə bağlı mövcud fikir ayrılıqlarına gəlincə, İran xarici işlər naziri deyib: "Biz Suriya, Rusiya, Türkiyə və İranın daxil olduğu dördlük sammitinin çərçivəsini konsensusa nail olmaq və Türkiyə-Suriya birgə sərhədində davamlı təhlükəsizliyin yaradılması üçün ən yaxşı diplomatik yol hesab edirik".
Əmir Abdullahian, həmçinin suriyalı qaçqınların dərhal və təhlükəsiz şəkildə əvvəlki ərazilərinə qayıtmalarının zəruriliyini vurğulayaraq, bildirib ki, qaçqınların geri qayıtmasına mane olan və onları BMT-nin vəsaitləri ilə Suriyadan kənarda qalmağa təşviq edən bəzi ölkələr və qərb tərəfləri qaçqınların geri qayıtmasına kömək etməlidirlər.
Suriya xarici işlər naziri də öz növbəsində 2011-ci ildən bəri Suriya ərazisinə 400 minə yaxın terrorçunun daxil olduğunu bildirərək, deyib: "ABŞ hərbçiləri Deyrəz-Zor bölgəsində çoxlu sayda Suriya vətəndaşını şəhid ediblər, Türkiyə ordusu da Suriya ərazisinin bir hissəsini işğal edib".
Feysəl Miqdad Suriya ilə Türkiyə xalqı arasında heç bir düşmənçiliyinin olmadığını bəyan edərək, xarici qüvvələrin Suriyanı tərk etməli olduğunu vurğulayıb.
Suriya xarici işlər naziri davamında İran İslam Respublikasının Suriya xalqına iqtisadi, neft, qaz və humanitar yardımlarla dəstək olmaq üçün göstərdiyi bütün səyləri yüksək qiymətləndirib.