Tarix : 2023 Aug 02
Kod 63716

Surət Hüseynov vəfat edib

Elçibəyin hakimiyyəti dövründə onu istefa məcburiyyətində qoymuş, sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Baş nazir vəzifəsinə təyin edimiş sonra isə dövlət çevrilişində ittiham olunaraq ölkədən qaçmaq məcburiyyətində qalmış Surət Hüseynov dünən İstanbulda vəfat edib.
arannews.com: parstoday-Surət Hüseynovun Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanında olarkən infartk keçirdiyi bildirilir.

Sürət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. O 1993-cü ilin iyununda Xalq Cəbhəsi hakimiyyətinə qarşı silah qiyam qaldırıb. Prezident Əbülfəz Elçibəyi istefa verməyə məcbur edib.Nəticədə hakimiyyətə Heydər Əliyev gəlib.  O, S.Hüseynovu baş nazir təyin edib. Amma bir il keçdikdən sonra yeni qiyam qaldırdığı əsas gətirilərək vəzifədən azad edilib.Daha sonra Moskvaya qaçıb. 1997-ci ilə Moskvada gizlənib.

Daha sonra Azərbaucan tərəfə verilib və mühakimə edilib. 2004-cü ildə əfv olunub

Azərbaycan dövlətinin iddiasına görə, 1994-cü il oktyabrın 2-də, Surət Hüseynov və Rövşən Cavadovun başçılığı ilə dövlət çevrilişinə silahlı cəhd göstərildi. İddiaya görə, Surət Hüseynovun qanunsuz yaratdığı Gəncədə yerləşən silahlı dəstələr, onun göstərişi əsasında silahlı basqın yolu ilə Gəncə şəhərində icra hakimiyyətini, hüquq mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər və öz hərəkətlərini digər rayonlarda davam etdirməyə çalışdılar. Rövşən Cavadov məsləkdaşları ilə birlikdə hakimiyyət orqanlarını qanunsuz güzəştlərə və vəzifəli şəxsləri istefa verməyə məcbur etmək üçün bəyanatlar, tələblər irəli sürməyə başladı.

Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü il oktyabrın 4-də axşam milli televiziya və radio ilə xalqa müraciət etdi, dövlət çevrilişi təhlükəsi barədə xəbərdarlıq edərək xalqı buna mane olmağa dövlətçiliyi və müstəqilliyi qorumağa çağırdı. Ölkənin müharibə şəraitində belə bir daxili müharibəyə getdiyini görən yüzmnlərlə insan Prezident Aparatının qarşısına yığışdı. Hərbçilər, ziyalılar, əmək adamları bir-birinin ardınca tribunaya qalxıb olayı törədənlərə nifrət yağdırır, Prezidenti müdafiə etdiklərini bildirirdilər. Bu mitinqdən sonra oktyabrın 5-də Azadlıq meydanında ümumrespublika mitinqi də oldu.

Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı.

1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib

Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Həbsdən azad olandan sonra Türkiyə başda olmaqla xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.

  • Yazılıb
  • da (də) 2023 Aug 02
  • Göndərən رضا رستمی