Bir sıra zabitlər və ehtiyat qüvvələri, xüsusilə pilotlar, komando və kiber birliklər, hərbi həkimlərlə birlikdə sionist rejim nazirlər kabinetinin mübahisəli məhkəmə dəyişiklikləri qanun layihəsinə qarşı askiyanın davamında, bu rejimin AMAN kimi tanınan hərbi kəşfiyyat idarəsinin 60-dan çox zabiti də bu qanun layihəsinə etiraz olaraq ehtiyatda olan qüvvələr kimi könüllü fəaliyyətini dayandırıb.
Arannews.com:irna-Fələstinin “Səma” Xəbər Agentliyi çərşənbə axşamı yazıb ki, adı keçən kəşfiyyat xidmətinin zabitləri könüllü xidmətin növbəti xəbərdarlığa qədər dayandırıldığını məktub vasitəsilə elan ediblər. Onların bəyanatında qeyd olunur ki, bu qərar nazirlər kabinetinin geniş konsensus olmadan İsrailin strukturunun dəyişdirilməsi prosesinə (məhkəmə dəyişiklikləri haqqında qanun layihəsi) başlamaq və bu hərəkətlərin siyasi səviyyədə sionist ordusunun gələcəyi ilə bağlı dağıdıcı nəticələrinə məhəl qoymamaq israrına etiraz olaraq qəbul edilib. Sionist hərbçilər bu bəyanatda vurğulayıblar ki, onların xidmətdən imtinası bütün məlumat toplama, tədqiqat, sahə və təlim bölmələrində fəaliyyətin dayandırılmasını əhatə edəcək.
Bu zabitlərin çoxu sionist rejimin Kəşfiyyat Bölməsinin Elitləri adlı proqramın məzunlarıdır. Onlar məcburi daimi xidməti başa vurublar. Bundan sonra onlar “AMAN” şöbəsində yüksək rütbəli zabitlərin hazırlanması üçün “Hafətsalot” adlanan kursda iştirak ediblər. Bu hərbçilərin əksəriyyəti ordunun mühüm və yüksək rütbələrində sionist rejimin genişlənmə məqsədlərinə də kömək ediblər.
Sionist mediası bazar günü gecə saatlarında sionist rejim ordusunun birləşmiş qərargah rəisləri komistəsinin sədri Herzi Halevinin baş nazir Benyamin Netanyahuya göndərdiyi məktub barədə məlumat yaydı. Bu məktub nazirlər kabinetinin “ağıllılıq arqumentinin ləğvi” qanununun təsdiq edilməsi üçün baş tutan iclası ərəfəsində göndərilib və onun nəticələri, xüsusən də orduda, o cümlədən orduda parçalanmanın yaranması və orada könüllü xidmət istəyinin azalması barədə xəbərdarlıq edib.
Sionist medianın məlumatına görə, Halivi baş nazirlə şəxsən görüşmək cəhdləri nəticəsiz qaldıqdan sonra bu məktubu Netanyahuya göndərib.
Eyni addımla, keçən həftə Qüdsü işğal edən rejim ordusunun kəşfiyyat sektorunda fəaliyyət göstərən 951-dən çox ehtiyatda olan hərbçi Netanyahunun məhkəmə sistemini zəiflətmək üçün nazirlər kabinetinin qanun layihəsinə etiraz olaraq, xidmət göstərməkdən imtina ediblər.
Netanyahunun kabineti knessetdə “ağıllılıq arqumentinin ləğvi” qanununu qəbul edərək, sionist rejimin ali məhkəməsinin onun təsdiqi və təyinatları ilə bağlı rəyini əngəlləməyə çalışır. Nəhayət, bu qanun knessetdə qəbul edildi. Məlum qanun bu rejimin ali məhkəməsinin “ağıllılıqdan məhrum” hesab etdiyi kabinetin qərarlarını və ya təyinatlarını ləğv etməsinə mane olacaq.
Sözü gedən qanunun təsdiqi sionist məhkəmə sisteminin səlahiyyətlərinin azaldılmasında ilk addımdır. Bu qanunun təsdiqinə əsasən, sionist rejimin məhkəmə sistemi daha ağıla uyğunsuzluq bəhanəsi ilə sionist rejim kabineti və nazirlərinin qərarlarını ləğv etmək hüququna malik deyil.