Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Pakistanın yüksək vəzifəli rəsmiləri ilə müzakirə və məsləhətləşmələr aparmaq məqsədilə bir neçə dəqiqə əvvəl Tehrandan İslamabada yola düşüb.
arannews.com:irna- ölkəmizin xarici işlər naziri Pakistan İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə müzakirə və fikir mübadiləsi aparmaq üçün Tehrandan bu ölkənin paytaxtı İslamabada yola düşüb. Müxtəlif ölçü və sahələrdə ikitərəfli əlaqələrin mümkün qədər genişləndirilməsi, o cümlədən sərhəd əməkdaşlığı, iqtisadi-ticarət əlaqələrinin inkişafı, regional problemlər və beynəlxalq hadisələr, xüsusilə bəzi Avropa ölkələrində səmavi dinlərin müqəddəslərinin təhqir edilməsinə qarşı İslam ölkələrinin ciddi və vahid fəaliyyət göstərməsinin zəruriliyi ölkəmizin xarici işlər naziri ilə Pakistan hakimiyyəti arasında danışıqların əsas istiqaməti olacaq.
Bu səfərdən əvvəl İran İslam Respublikasının Pakistanda səfiri Rza Əmiri Müqəddəm İRNA-ya eksklüziv müsahibəsində səfərin təfərrüatlarını açıqlayaraq deyib: “Xarici işlər naziri cümə axşamı, avqustun 2-də Pakistan rəsmiləri, o cümlədən baş nazir, parlamentin sədri, xarici işlər naziri və ordu komandanı ilə bir sıra görüşlər keçirəcək.
Cümə günü, 13 avqustda Əmir Abdullahiyan İslamabaddan Karaçiyə yola düşəcək. Kəraçidə yerli rəsmilərlə görüş, iranlılarla görüş, Kəraçi cümə namazında iştirak və Kəraçi tacirləri ilə görüş olacaq.”
Səfir əlavə edib ki, ölkəmizin xarici işlər nazirinin səfərindən əvvəl onun iqtisadi məsələlər üzrə müavini Səfəri iqtisadi nümayəndə heyətinin müşayəti ilə İslamabada səfər edib. Onun səfərində məqsəd həmkarları və Pakistanın müxtəlif iqtisadi sektorların rəhbərlərilə görüşərək ticarət və iqtisadi mübadilənin inkişafı ilə bağlı razılaşmalar əldə etməkdir.
Qeyd edək ki, Nasir Kənani həftəlik mətbuat konfransında İRNA-nın xarici siyasət üzrə müxbirinin İran xarici işlər nazirinin Pakistana səfərinin gündəliyi ilə bağlı sualına cavab olaraq deyib: “Bu səfər Pakistanın xarici işlər nazirinin dəvəti əsasında planlaşdırılır. Pakistan tərəfi ilə müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün müxtəlif mövzularımız var. Siyasi məsələlər və ümumi təhlükəsizlik məsələləri ilə yanaşı, terrorizmlə mübarizə məsələsini də müzakirə edəcəyik.”
Kənani qeyd edib ki, İrandan yüksək səviyyəli iqtisadi nümayəndə heyəti də bu səfərdə iqtisadi məsələləri müzakirə etmək üçün xarici işlər nazirini müşayiət edəcək.