Tarix : 2023 Aug 03
Kod 63722

Ərdoğan və Putin arasında mühüm anlaşma baş tutub

Türkiyə lideri Ankaranın Qara dəniz təşəbbüsünün bərpasına inandığını bir daha bəyan edib.
arannews.com: Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ayqustun 2-də Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb, liderlər Rusiya prezidentinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər. Bu barədə "Anadolu" agentliyi xəbər verir.
Bundan əlavə, Ərdoğan və Putin taxıl sazişinin gələcəyini müzakirə ediblər.
Türkiyə lideri Ankaranın Qara dəniz təşəbbüsünün bərpasına inandığını bir daha bəyan edib.
"Qara dəniz taxıl sazişinin uzun müddətə dayandırılması heç kimə sərf etmir", - Ərdoğan bildirib.
Bundan əlavə, Ərdoğan Rusiya ilə Ukrayna arasında gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırıb.
Ankaradakı diplomatik mənbələrin verdiyi açıqlamaya görə, Türkiyə və Rusiya liderləri arasında taxıl sazişi, Ukrayna münaqişəsinin həlli kimi prinsipial məsələləri özündə ehtiva edən mühüm anlaşma baş tutmuş sayılır. Çünki Ərdoğanın Putini Ankarada qonaq etmək məqsədinin arxasında Qərb dairələrinin həll edə bilmədiyi bu iki mühüm məsələ dayanır.
"Putinin Ankaraya gəlməyə razılaşması sözügedən məsələlər ətrafında mühüm nəticələrin əldə ediləcəyinə işarədir" - diplomatik mənbə bildirib.
Keçən həftə Putin hökumətlə görüşdə Rusiya Federasiyasının taxıl sazişinə qarşı olmadığını və ölkəsi tərəfindən irəli sürülmüş bütün əsas şərtlər yerinə yetirilən kimi ona qayıtmağa hazır olduğunu deyib.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu müqavilə paket sazişin bir hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpa olunmasını, Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin tədarükünün bərpasını və bir sıra digər tədbirləri nəzərdə tutur.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
***
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında 5 həftədən sonra ilk telefon danışığı baş tutur. Bunun Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb..
İndi danışıqlar gedir. Hər zaman olduğu kimi, danışıqların yekunları barədə məlumat verəcəyik", - Kreml sözçüsü əlavə edib.
Liderlər sonuncu dəfə iyunun 24-də danışıblar, bu müddət ərzində taxıl sazişinə xitam verilib.
İyulun 29-da Rusiya prezidenti avqustun 2-də telefon danışığı planlarını açıqlayıb. Putinin sözlərinə görə, onlar daha əvvəl Ərdoğanla danışacaqdılar, lakin uyğun vaxt tapa bilməyiblər.
  • Yazılıb
  • da (də) 2023 Aug 03
  • Göndərən رضا رستمی