Tarix : 2023 Aug 04
Kod 63725

Ceyhun Bayramov Blinkenin müşaviri ilə danışıqlar aparıb

Azərbaycan Xarici İşlər Naziri və ABŞ diplomatı Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər
arannews.com:parstoday-3 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu ölkədə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

 Bu barədə Azərbaycan Xarici işlər nNazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı, Azərbaycan-Ermənistan arasında sülh prosesi, bölgədə cari vəziyyət, Azərbaycanla Ermənistan arasında danışıqların cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsinin, kommunikasiyaların açılmasına maneçilik törətməsinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini diqqətə çatdırıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Buna baxmayaraq, siyasi ekspertlərin fikrincə, Amerikanın bu görüşlərdən məqsədi Azərbaycan və Ermənistanı çətin kompromislərə vadar etməkdir .

  • Yazılıb
  • da (də) 2023 Aug 04
  • Göndərən رضا رستمی