Tarix : 2023 Aug 05
Kod 63729

Azərbaycanda ərzaq təhlükəsizliyinin vəziyyəti necədir?

Azərbaycanda ərzaq idxalı artmaqdadır. Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi məlumatlara görə 2023-cü ilin birinci yarımilliyində ölkəyə 1 milyard 58 milyon 429 min dollar dəyərində yeyinti məhsulları idxal edilib
arannews.com:parstoday-Bu da 2022-ci ilin anoloji dövrü ilə müqayisədə 1 milyon 483 min dollar çoxdur.

Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmli Azərbaycanın əsasən özünün ərzaq buğdasına təlabatını ödəyə bilmədiyini bildirib:

“Çörək olmadan deyə bilmərik ki, ərzaq təhlükəsizliyimizi təmin edirik. Artıq 1 aydan çoxdur taxıl biçimi davam etsə də, istehsal haqda məlumat açıqlanmır. Görünür yenə istehsalda azalma olduğundan rəqəmləri gizlətməyə çalışırlar. Onsuz da nə vaxtsa açıqlanacaq. Amma zamanında açıqlansa, təhlil aparıb hökumətə problemin həlli yönündə təkliflərimizi verərdik”.

V. Məhərrəmli son vaxtlar heyvandarlıq məhsullarının idxalının da artdığını vurğulayıb:

"Ət, süd idxalı artır. İri heyvanların idxalında ciddi artım var. Bu,o deməkdir ki, yüksək kolorili məhsullar istehsal edə bilmədiyimiz üçün idxaldan asılılıq var. Əgər yerli istehsal hesabına ət və südü təmin edə bilməsək, ölkədən valyuta daha çox çıxacaq. Çünki ət-süd bahalı məhsuldur".

Onun deməsinə görə, bitki yağlarına olan tələbatın xammala olan ehtiyacının 10 faizini daxili istehsal hesabına ödəyə bilirlər.

"Şəkər olan tələbatın xammala ehiyacının 5 faizini ödəyirik. Bunlar əsas ərzaq məhsularıdır ki, idxaldan asılıyıq və getdikcə də artır. Deməli, Azərbaycan yaxın zamanlarda ərzaq təhlükəsizliyini təmin edə bilməyəcək".

Onun sözlərinə görə, mövcud gedişatın qarşısını istehsalın artımı hesabına almaqla mümkündür. O deyib ki, ölkənin torpaq, iqlim şəraiti və su resursları var:

"Səmərəli istifadə olunarsa, buğdaya, ətə, südə, bitki yağlarına və şəkərə olan ehtiyacımızı tam ödəyə bilərik. Çünki ehtiyacdan 5 dəfə artıq resursumuz var. Ötən il ölkədən yeyinti məhsullarının idxalı üçün 2 milyard 363 milyon dollar vəsait çıxıb. Bilirsiniz, aqrar siyasəti aparan peşəkarlar olmalıdır ki, onlar bu sahəni inkişaf etdirə bilsinlər",- Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmli deyib.

  • Yazılıb
  • da (də) 2023 Aug 05
  • Göndərən رضا رستمی