Türkiyə hökuməti isə BTC neft kəmərinin Türkiyə hissəsində baş verən partlayışın təxribat olması versiyasını istisna edib
Turkyə Servisi/Aran Agentliyi
PKK terror təşkilatı Bakı-Tiflis-Ceyhan neft kəmərinin Türkiyə hissəsindəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Türkiyənin saondakika.com intertet saytının məlumatına görə, PKK fəalları hadisənin təxribat məqsədilə törədildiyini bildirib və bəyan edib ki, partlayışla bağlı ətraflı məlumatlar daha sonra veriləcək.
Xatırladaq ki, ötən gecə Bakı vaxtı ilə saat 01:30 radələrində Bakı-Tiflis-Ceyhan neft kəmərinin Ərzincan-Refahiyye yolunun 52-ci kilometrliyində, Yurtbaşı ərazisində yanğın baş verib. Partlayışdan sonra xətdəki 29 və 31 nömrəli borularla qara qızılın nəqli dayandırılıb. Türkiyə hökuməti isə BTC neft kəmərinin Türkiyə hissəsində baş verən partlayışın təxribat olması versiyasını istisna edib. Verilən məlumata görə, partlayışa səbəb - nasoslardan birinin partlaması olub. Rəfahiyyə meri Mehmet Makas bildirib ki, insident baş verən hissədə partlayışdan əvvəl neft borusunda nasazlıq olması barədə məlumat verilib.