arannews.com:irna-İran İslam Respublikası Ordusu dəniz donanmasının 86-cı eskadrası bu yaxınlarda 65 min kilometrdən çox məsafə qət edərək və 8 aylıq dəniz səfərindən sonra, dünya ətrafında 360 dərəcəlik tarixi missiyasını başa çatdırıb. Bu gün səhər, həftənin bazar günü, İran İslam Respublikası Ordusunun 86-cı eskadrasının komandanı, şəxsi heyəti və ailələri İmam Xomeyni (r.ə) hüseyniyyəsində İslam İnqilabının rəhbəri ilə görüşüblər.
Görüşdə inqilab rəhbəri bəyanatlarında bunları vurğlayıb:- Sizin eskadranızın gördüyü iş böyük şərəf idi. Təcrübəli və peşəkar komandiri olan 350 nəfərlik bir qrupun 65.000 kilometr məsafə qət etməsi; su yolları ilə dünya ətrafında bir dövr vurması; demək olar ki, 8 ay, daha dəqiq desək, 232 gün suda qalması; bütün bunlar böyük işlərdir. Dünyanın məşhur Hərbi Dəniz Qüvvələri arasında bu işi görə və bacara bilən azdır. Siz bu işi gördünüz. Üç okeandan keçdiniz və fəxrlə vətənə qayıtdınız.
- Elə buradaca əziz şəhidlərimizi xatırlamağı, onların ailələri qarşısında ehtiram bildirməyi lazım bilirəm. Siz ailələrə demək istəyirəm ki, sizin sevdikləriniz qayıtdılar, onları görüb qucaqladınız. Şəhid ailələrinin əzizlərinin boşluğu isə dolmadı. Nəyimiz varsa, bu fədakarlıqlara borcluyuq. Nəyimiz varsa, bu böyük iradələrə borcluyuq. Hamımız borcluyuq. Şəhid ailələri ilə görüşlərdə dəfələrlə demişəm ki, Allah sizin kölgənizi İran millətinin başı üzərindən əksik etməsin.
AyətullahXamenei 86-cı Dəniz Donanmasına müraciət edərək:
Siz göstərdiniz ki, açıq dəniz hamıya aiddir və bəzilərinin “biz filan gəmilərin müəyyən boğazlardan keçməsinə icazə vermərik” demələri, çox böyük səhvdir.
İnqilabın Ali Rəhbəri bir saat əvvəl 86-cı hərbi dəniz eskadrilyası və onların ailə üzvləri ilə görüşdə deyib:
Sizin bu hərəkətiniz təhlükəsizlik tədbiri idi. Sizin ucqar ərazilərdə, Sakit, Atlantik və digər okeanların ən ucqar yerlərində olmağınız ölkənin təhlükəsizliyinə töhfə idi. Siz göstərdiniz ki, dəniz hamıya aiddir. Açıq dənizlər heç kimə məxsus deyil. Bu fövqəlgüclər bacarsalar, okeanları da öz adlarına sənədləşdirərlər ki, başqalarının əli çatmasın. Bəşəriyyətlə aid olan ümumi məsələləri manipulyasiya etmək fövqəlgüclərin xüsusiyyətlərindəndir, Amerikanın xüsusiyyətlərindən biridir. Siz bunu pozdunuz. Bu, işinizin bariz nəticələrindən biridir. Siz göstərdiniz ki, açıq dəniz hamıya aiddir. Bəzilərinin “biz filan gəmilərin müəyyən boğazlardan keçməsinə icazə vermərik” demələri, çox böyük səhvdir. Niyə? Çünki hamınındır və hamı gəlib-gedə bilməlidir.
Açıq dəniz hər kəs üçündür. Dəniz və hava bütün xalqlar üçün azad olmalıdır. Gəmiçilik və dəniz nəqliyyatının təhlükəsizliyi bütün ölkələr üçün təmin edilməlidir. Bugün amerikalılar neft tankerlərinə hücum edirlər, dəniz qaçaqmalçılığı ilə məşğul olan dəstələrə kömək edirlər. Bu, onların böyük pozuntusudur və bizim bölgədə həyata keçirilir. Başqa yerlərdə bilirik ki, az-çox belə işlər görürlər. Bunlar beynəlxalq humanitar hüququn bağışlanmaz pozulmasıdır. Siz hamı üçün dənizin ümumi təhlükəsizliyi qanununu praktiki olaraq həyata keçirdiniz.