Prezident İran İslam Respublikasının müxtəlif sahələrdə əldə etdiyi təqdirəlayiq inkişafa toxunaraq dedi: Biz bu imkanları Şri-Lanka kimi dost ölkələrlə bölüşməyə hazırıq.
arannews.com:irna-Ayətullah Seyid İbrahim Rəisi bazar günü Şri-Lankanın xarici işlər naziri Əli Səbri ilə görüşdə, İslam İnqilabının qələbəsindən sonra iki ölkə arasında münasibətlərin həmişə konstruktiv, çoxşaxəli və inkişafda olduğunu vurğulayıb. O, iki ölkə arasında mövcud olan müxtəlif potensialları əlaqələrin daha yüksək səviyyələrə çatdırılması üçün münasib şərait hesab etmişdir. O, İran İslam Respublikasının amansız sanksiyalara rəğmən müxtəlif sahələrdə, xüsusilə elm və texnologiya sahələrində diqqətəlayiq tərəqqisinə toxunaraq dedi: Biz bu imkanları Şri-Lanka kimi dost ölkələrlə bölüşməyə hazırıq.
Ayətullah Rəisi İran və Şri-Lanka arasında iqtisadi əməkdaşlıq üzrə ortaq komissiyanın daha da aktivləşməsinin vacibliyini vurğulayaraq dedi: Dünyanın müxtəlif ölkələri, o cümlədən Şri-Lanka inkişaf üçün böyük imkanlara malikdir. Əgər müstəmləkəçi və şəxsi mənafeyini güdən xaricilərin müdaxiləsi olmasaydı, bu ölkələrin inkişafı və çiçəklənməsinə səbəb ola bilərdi.
Sanksiyalara baxmayaraq, İran yüksək nailiyyətlər əldə edib
Görüşdə Şri-Lankanın xarici işlər naziri də İran prezidentini və xalqını bu nailiyyətlər münasibətilə təbrik edərək deyib: Mən bu səfər zamanı İranın sanksiyalara baxmayaraq, müxtəlif elm və texnologiya sahələrində nə qədər böyük inkişafa imza atdığını öz gözlərimlə gördüm.
Əli Səbri İran şirkətlərinin bu ölkədə mövcudluğu və konstruktiv fəaliyyətinə toxunaraq, ölkəsinin müxtəlif iqtisadi, texnologiya və tibb sahələrində İranla əməkdaşlığı artırmaqda maraqlı olduğunu bildirib.