Tarix : 2023 Aug 07
Kod 63739

Mossad-ın keçmiş rəhbəri: “İsrail” yolunun sonuna yaxınlaşır

Sionist rejimin “Mossad” xarici kəşfiyyat idarəsinin sabiq rəhbəri deyib: “İsrail” özünü məhv edir və yolun sonuna yaxınlaşır.
arannews.com:irna-Tamir Bardo bildirib ki, o, ifrat sağçı kabinetdə partiyalar arasında koalisiya sazişləri imzalandıqdan sonra, yəni ədliyyə naziri Yario Levin məhkəmə dəyişiklikləri planını açıqlamazdan əvvəl bu qənaətə gəlib.

İvrit dilində çıxan “Makur Rişon” qəzetinin məlumatına görə, Bardo deyib: “Təxminən 4-5 ay əvvəldən heç bir məntiqi səbəb olmadan dağıdıcı əməliyyatın (məhkəmə dəyişikliyi planı) ortasında qaldıq. Son seçkilərdən sonra birdən qaranlığa doğru getdik. Çünki hazırkı kabinet özünün və “İsrail”in məhv edilməsi istiqamətində addımlar atır.”

  • Yazılıb
  • da (də) 2023 Aug 07
  • Göndərən رضا رستمی
Açar sözlər