İraqda hazırkı böhranı arxada qoymaq, bu ölkə xalqının həmrəyliyi və ayıq-sayıq olmasını tələb edir
İran servisi/Aran Agentliyi
Bu xəbəri İranın İslami Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İraqın parlament nümayəndələrinin bir heyətini qəbulu zamanı bildirib. Əlaəddin Burucerdi avqustun 6-da İraqın nümayəndə heyətini qəbulu zamanı işğalçıların bu ölkənin parçalamaqla bağlı yeritdikləri siyasətlərindən nigarançılıq hissi keçirməsinə və İraqın qədim mədəniyyət keçmişinə və bu ölkə xalqının inqilabçı mübarizələrinə işarə edərək, deyib: İraq ərazisi bu ölkə xalqına aiddir və onlar əcnəbilərə bu ölkənin ərazi bütövlüyünə pozmalarına icazə verməyəcək.
İranın İslami Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İraqda yaşanan hazırkı vəziyyəti mürəkkəb və gərgin adlandıraraq, deyib: İraqda hazırkı böhranı arxada qoymaq, bu ölkə xalqının həmrəyliyi və ayıq-sayıq olmasını tələb edir.
Bu görüşdə İraq parlamentinin üzvü Abbas Əl-bəyati hazırkı şəraitdə İİR xalqının İraq xalqı və hökumətinə dəstək verməsindən məmnun qaldığını ifadə edərək, deyib: İraq xalqı və hökuməti İranla hərtərəfli və səmimi əməkdaşlıqlarını genişləndirməyə xüsusi əhəmiyyət verir. O habelə iki ölkə arasında parlament əlaqələrinin genişlənməsi və bu iki ölkənin parlamentlərində dostluq qruplarının yaradılması və İran İslami Şura Məclisinin öz təcrübələrini İraq parlamentinin ixtiyarına verməsini zəruri hesab edib.