Fələstin Muxtar İdarəsi sionist rejimin daxili təhlükəsizlik naziri İtmar Ben Gvir və onun partiyasının beynəlxalq terror siyahısına salınmasını istəyib.
arannews.com:Fələstin Azadlıq Təşkilatının icra komitəsinin katibi Hüseyn əl-Şeyx beynəlxalq ictimaiyyət və təşkilatlardan sionist rejimin daxili təhlükəsizlik naziri İtmar Ben Gvirin partiyasını qlobal terror siyahısına salmağa çağırıb.
Mahmud Abbasın köməkçilərindən biri kimi fələstinli mübarizlərə qarşı sionist rejimlə təhlükəsizlik sahəsində uzun müddət əməkdaşlıq edən Əl-Şeyxin sözlərinə görə, Ben Gvir və onun partiyası fələstinlilərin qətlə yetirilməsini təşviq etməkdə uzun tarixə malikdir və Ramallahda bir fələstinlinin şəhid edilməsində onun partiyasının üzvlərindən birinin iştirakının sübuta yetməsi də onun terrorçu yanaşmasını isbat edən bir faktdır.