سرویس گرجستان/Aran Agentliyi
Cənubi Osetiya separatçıları Güncüstanla sabaha planlaşdırılan ikitərəfli danışıqlardan imtina edib. Separatçılar bildirib ki, görüşlə bağlı təklif qəbuledilməzdir: «Çünki avqustun 1-dən sonra Gürcüstan tərəfi Cənubi Osetiya xalqına qarşı açıq hərbi təcavüzə keçib. Nəticədə cürcü-osetin münaqişə bölgəsində vəziyyət qəflətən gərginləşib».
Separatçılar təklif edir ki, avqustun 9-da Sxinvalidə Rusiya tərəfinin də iştirakı ilə növbədənkənar görüş keçirilsin.