Fələstinli Məhbuslara Dəstək Klubunun yaydığı hesabata görə, bu ilin əvvəlindən işğalçı rejim tərəfindən həbs edilən fələstinlilərin sayı 4400-dən çox olub.
arannews.com: irna-Fələstinli Məhbuslara Dəstək Klubu saxlanılanlar arasında 619 uşaq və 78 qadın olduğunu da qeyd edib. Bu hesabat göstərir ki, sionist rejim bu il fələstinlilərə qarşı iki minə yaxın həbs qərarı verib ki, bu da fələstinlilərə qarşı qəddar cinayətlərin nümunəsidir.
Fələstinli Məhbuslara Dəstək Klubu sionist rejimin fələstinlilərə qarşı törətdiyi cinayət və təzyiq növlərini vurğulayaraq bildirib: “Haqqında həbs qərarı çıxarılanların sayı 1200 nəfərə çatıb. Bu da İntifada dövründən bəri görünməmiş bir göstəricidir.”
Qurum qeyd edib ki, fələstinlilərin sıxışdırılmasında sistematik siyasətin ən görkəmli formalarından biri həbsdir və cari ildə bunun nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edirik. Bu il təkcə həbslərin sayının artmasını deyil, həm də məhbuslara qarşı törədilən hər cür cinayətlərin intensivləşməsini görürük. Bu, onu göstərir ki, sionist rejim bu cinayətləri ilə öz işğalına qarşı hər cür müqavimət və mübarizəni məhv etməyə çalışır.