Tarix : 2023 Aug 09
Kod 63753

İran baş prokurorunun müavini: Azərbaycanın Tehrandakı səfirliyinə hücumun istintaqı qısa müddətdə tamamlanacaq

Avqustun 8-də İran İslam Respublikası baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edib.
arannews.com:parstoday-Nümayəndə heyəti Azərbaycan Respublikasının baş prokuroru ilə görüş keçirib.

Görüşdə, Mehdi Əmiri İsfahani cari ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumdan təəssüf hissi keçirdiyini bildirirək, Azərbaycan xalqına, hadisə nəticəsində həlak olmuş və zərərçəkmiş şəxslərin ailə üzvlərinə başsağlığı verib. Bundan başqa, o, cinayət işinin istintaqının gedişatı barədə ətraflı məlumat verərək qısa müdət ərzində istintaqın tamamlanaraq iş üzrə qanuni qərarın qəbul olunmasının təmin ediləcəyini və təqsirli şəxslərin layiqli cəza alacağını bildirib.

Nümayəndə heyətinin səfəri davam edir.

  • Yazılıb
  • da (də) 2023 Aug 09
  • Göndərən رضا رستمی