Tarix : 2023 Aug 09
Kod 63754

Rəsmi Bakı BMT ekspertlərinin cavabını çox gözlətmədi: “Ekspertlərin ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir”

Azərbaycan Xarici İşlər Nazirlyi BMT ekspertlərinin Laçın dəhlizinin blokadaya alınması ilə əlaqədar çağırışına cavab olaraq bəyanat yayıb.
arannews.com:parstoday-Bəyanatda deyiklir: “30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur”.

Vurğulanıb ki, sözügedən şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda “Dağlıq-Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir.

  • Yazılıb
  • da (də) 2023 Aug 09
  • Göndərən رضا رستمی