Tarix : 2023 Aug 09
Kod 63755

BMT ekspertlərindən Bakıya çağırış: “Dağlıq Qarabağda humanitar böhrana son qoyulmalıdır!”

BMT ekspertləri Azərbaycanı Laçın dəhlizinin blokadasını qaldırmağa və Dağlıq Qarabağda humanitar böhrana son qoymağa çağırıb.
arannews.com:parstoday-Ekspertlər Dağlıq Qarabağ regionunda – onların ifadəsi ilə desək – Laçın dəhlizinin bağlanmasına görə humanitar böhranın davam etməsindən narahatlığını bildirib.

Onlar deyiblər ki, “son 7 ayda Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolu əngəlləyən blokada əhalini kəskin ərzaq məhsulları, dərman və gigiyena vasitələrinin çatışmazlığı ilə üz-üzə qoyub, tibb və təhsil müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərib, insanların həyatını təhlükə altında qoyub. sakinlər - xüsusilə uşaqlar, əlillər, yaşlılar, hamilə qadınlar və xəstələr - əhəmiyyətli risk altındadır”.

Ekspertlər Azərbaycan hakimiyyətini 2020-ci ilin noyabrında atəşkəs haqqında imzaladığı sazişə uyğun olaraq Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst və təhlükəsiz hərəkətini dərhal bərpa etməyə çağırıblar.

BMT ekspertləri həmçinin bölgədə yerləşdirilmiş Rusiya sülhməramlılarından atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq dəhlizin qorunmasını tələb ediblər.

  • Yazılıb
  • da (də) 2023 Aug 09
  • Göndərən رضا رستمی