İraq Milli Hikmət Hərəkatının lideri Seyid Əmmar Həkim Ərbəin mərasimində iştirak etmək üçün bu ölkəyə gəlmək istəyən xarici zəvvarların ölkəyə girişinin asanlaşdırılmasını istəyib.
arannews.com: İRNA-nın çərşənbə axşamı İraq Milli Hikmət Hərəkatının media bürosuna istinadən verdiyi məlumata görə, İraq Milli Hikmət Hərəkatının lideri İraqın daxili işlər naziri Əbdül Əmir əl-Şəmmari ilə görüşdə Ərbəin ziyarətinin müvəffəqiyyətli olması və xarici zəvvarların ölkəyə girişinin asanlaşdırılması üçün təhlükəsizlik sahəsindəki inkişafları və cari planları nəzərdən keçirib. Hərəkatının liderinin Bağdaddakı ofisində baş tutan bu görüşdə əyalətlərin təhlükəsizlik işinin Daxili İşlər Nazirliyinə verilməsi və narkotiklərlə mübarizə prosesi müzakirə edilib.
Görüşdə Həkim polis qüvvələrinin fəaliyyətinin və təliminin təkmilləşdirilməsinin vacibliyini də vurğulayıb.
O, vətəndaşların doğulduğu andan ölümünə qədər DİN-in idarələrinə işlərinin düşməsini bildirərək, bu idarələrdə qabaqcıl texnologiyalardan, elektron dövlət imkanlarından istifadənin zəruriliyini qeyd edib.
Milli Hikmət Hərəkatının rəhbəri qanunun tətbiq edilməsi və cəmiyyətin təhlükəsizlik qüvvələrinə, xüsusilə də yol polisinə hörmət etmək mədəniyyətinə təkid edərək deyib ki, yol polisi qanunun nümayəndəsidir və onun rolu yol hərəkətinin idarə edilməsinə azaldılmamalıdır.
Hərəkat lideri həmçinin kibertəhlükəsizlik və süni intellektlə bağlı kursların artırılmasına və inteqrasiya olunmuş şəxsiyyət vəsiqəsi faylının doldurulmasına çağırıb.