Tarix : 2023 Aug 09
Kod 63757

İsveçrə şirkətləri İranda fəaliyyətini davam etdirməkdə maraqlıdırlar – Beynəlxalq şirkətlər problemlərin həllini yüksək qiymətləndirirlər

İsveçrə şirkətlərinin İrandakı uzunmüddətli fəaliyyətinə toxunan İsveçrənin Tehrandakı səfiri bu şirkətlərin ölkəmizdə fəaliyyətini davam etdirmək marağından danışaraq deyib: İsveçrə şirkətləri əvvəlki illərdə olduğu kimi İranda fəaliyyət göstərmək istəyirlər.
arannews.com: İRNA-nın Ticarətin İnkişafı Təşkilatına istinadlı xəbərinə görə, Nadine Olivieri Lozano ölkəmizin TİT-in rəhbəri ilə görüşdə bu təşkilatın İranda fəaliyyət göstərən beynəlxalq şirkətlərin o cümlədən “Nestle” şirkətinin problemlərinin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib və deyib: Ticarətin İnkişafı Təşkilatı biznesi dəstəkləmək və beynəlxalq şirkətlərin problemlərini azaltmaq üçün hər cür səy göstərir.

O, süd tozu istehsalı üçün valyuta ayrılması problemini və bu şirkətdə aparılan audit nəticəsində hesablardakı fərqlər və sistem səhvləri səbəbindən Nestle şirkətinin vergi problemini gündəmə gətirərək, bu problemlərin həllinə köməklik göstərilməsini xahiş edib.

İsveçrə səfiri N. O. Lozano TİT-in rəhbərinin beynəlxalq şirkətlərin İrandakı fəaliyyətləri qarşısındakı maneələrin aradan qaldırılması istiqamətindəki səylərini yüksək qiymətləndirərək dedi: Biz bilirik ki, TİT ticarətin inkişafı üçün var qüvvəsi ilə çalışır və şirkətlər qarşısında yaranmış problemlərin həllində mühüm rol oynayır.

  • Yazılıb
  • da (də) 2023 Aug 09
  • Göndərən رضا رستمی
Açar sözlər