Tarix : 2023 Aug 10
Kod 63758

Əliyev Rusiya səfiri ilə Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsi ilə bağlı vəziyyəti müzakirə edib

Azərbaycan Prezidenti İlham Əliyev a Rusiya Federasiyasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul edib.
arannews.com:parstoday-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.

Report.az istinadən , daha sonra ölkə başçısı səfirlə söhbət edib.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinin hazırki vəziyyəti barədə danışılıb.

  • Yazılıb
  • da (də) 2023 Aug 10
  • Göndərən رضا رستمی