Tarix : 2023 Aug 10
Kod 63759

Bayramov ABŞ dövlət katibinin köməkçisiilə Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Nazir Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı aparıb.
arannews.com: parstoday-telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər və bölgədə vəziyyət müzakirə olunub.

C.Bayramov Ermənistanın bölgədə qəsdən vəziyyəti gərginləşdirdiyi, müxtəlif bəhanələrlə, habelə bölgədə “blokada” və “humanitar böhran” kimi iddialar yaymaqla sülh prosesinə maneə törətdiyini bildirib. Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmaqdan imtina etməsinin və ölkəsinin daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq, erməni tərəfinin yüklərin daşınması üçün yollarda maneələr yaratmasının və bu yollarla yüklərin daşınmasına qarşı çıxmasının “blokada” və “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu bir daha sübut edib.

Ermənistan Qarabağ münaqişəsinin qalan məsələlərinin həlli üçün “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin etməyi” təklif edib, lakin Azərbaycan hökuməti bu təklifi rədd edib.

Qeyd edək Avrasiya Araşdırmaları Mərkəzinin baş elmi işçisi Turqut Kərəm Tuncelin fikrincə Ermənistanın alternativ yolla razılaşmamasının səbəbi ondan ibarətdir ki, ondan istifadə Qarabağ bölgəsinin Azərbaycanla inteqrasiyası demək olacaq.

 

  • Yazılıb
  • da (də) 2023 Aug 10
  • Göndərən رضا رستمی