İsrail rejiminin Avropada anti-İslam hərəkətlərinə, xüsusən də Şimali Avropa ölkələrində, İsveç və Danimarkada Quranın yandırılmasına açıq və gizli dəstək verməsi ifşa olunur.
arannews.com:parstoday-İran Kəşfiyyat Nazirliyinin İsveçdə sionistlərin casusluq təşkilatı ilə Qurani-Kərimi təhqir edən “Silvan Momika” arasında əlaqənin aşkar edilməsi barədə açıqlamasından sonra bu nazirlik iyulun 25-də əlavə edib ki, cinayət layihəsinin sionistlərin İordan çayının qərb sahili və məzlum Ceninə qarşı törətdiyi böyük cinayətlə üst-üstə düşməsi, eləcə də işğal olunmuş ərazilər daxilindəki böhranlı vəziyyəti göstərir ki, Momika layihəsi müsəlmanların ictimai rəyini o vəhşi cinayətdən yayındırmaq məqsədi ilə sionistlərin həyata keçirdiyi missiyadır. Məlumata əsasən, 2019-cu ildə İsrail kəşfiyyatı rəsmi olaraq Momikanı işə götürdü və onun üçün lazımi təpşırıqlar verdi. Mossad-da etdiyi çoxsaylı xidmətlərdən sonra Momika Avropa ölkələrindən birinə köçürülmək üçün müraciət edir. Sionist rejimin agentləri isə ona iqamətgah, sonra isə İsveç vətəndaşlığı alırlar.
Bu yolla İsveçdə İslam əleyhinə Momika layihəsi icraya qoyulur.
Sionist rejimin islamofob hərəkətləri ilə əlaqəsi ilk dəfə deyil ki, ifşa olunur və rejim Qərb müttəfiqləri ilə birlikdə müxtəlif ssenarilərin üzərində işləyirlər.
Bu istiqamətdə islamafobiya sahəsində sionist dairələrə bağlı kinostudiyalar, xüsusilə Hollivudda İslam və müsəlmanların sərt və qeyri-insani obrazını təqdim etmək məqsədi ilə filmlər çəkərək davamlı səylər göstərirlər. Həmçinin, Qərb ölkələrində fəaliyyət göstərən bəzi mediaların İslamı terrorla əlaqələndirmə təbliğatı geniş yayılmışdır.
Bu Qərb-Sionist cərəyanının əsas məqsədi müsəlmanlara qarşı aqressiyaya zəmin yaratmaq, İslam və müsəlmanların sərt və təhdidedici görüntüsünü dünyaya təhlükə kimi təqdim etməkdir.