İclasda Azərbaycan, Rusiya və İranın energetika nazirlərinin müavinləri Elnur Soltanov, Pavel Snikkars və İranın Homayun Xayeri, eləcə də üç ölkənin maraqlı enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.
arannews.com:Sputnik. Azərbaycan, Rusiya və İran 2023-cü ilin sonuna qədər elektrik enerjisi sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) tamamlamaq barədə razılığa gəliblər. Bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyi layihənin gedişi ilə bağlı üçtərəfli danışıqlara istinadən məlumat yayıb.
İclasda Azərbaycan, Rusiya və İranın energetika nazirlərinin müavinləri Elnur Soltanov, Pavel Snikkars və Homayun Xayeri, eləcə də üç ölkənin maraqlı enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.
“Görüş zamanı tərəflər razılaşıblar ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə texniki-iqtisadi əsaslandırmanın yekunlaşdırılması 2023-cü ilin sonuna qədər başa çatdırılmalıdır”, - deyə məlumatda bildirilir.
Departamentdən bildirilib ki, hazırda texniki-iqtisadi əsaslandırmanın bir sıra mərhələləri razılaşdırılıb.
“İştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji obyektlərinin tikintisinin məqsədəuyğunluğu nəzərdən keçirilir”, – deyə məlumatda Snikkarsın sözlərindən sitat gətirilir.