Mədəniyyət və İslami İrşad naziri deyib: “Son illərdə Şərqə baxış İran İslam Respublikasının geosiyasi və coğrafi baxış sistemində ciddi strategiyasına çevrilib. Çünki İran coğrafi və siyasi mövqe baxımından geostrateji, geoiqtisadi və geosiyasi üstünlüklərdən bəhrələnən ölkələrdən biridir.
arannews.com:İRNA-nın Mədəniyyət və İslami İrşad Nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinə istinadla verdiyi məlumata görə, Vyetnam və İran arasında diplomatik əlaqələrin 50 illiyi ərəfəsində Tehranda Vyetnam mədəniyyət həftəsinin açılış mərasimi keçirilib. Kino Muzeyi Bağında keçirilən açılış mərasimində İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Məhdi İsmayili, Vyetnam Parlamentinin sədri Vonq Dinh Hio, Vyetnamın Tehrandakı səfiri Luonq Konok Huyi və bir qrup rəsmi şəxs iştirak edib. Mədəniyyət və islami irşad naziri bu mərasimdə deyib: “Keçmişdə ölkələr iqtisadi və hərbi güc əsasında bölünürdü. Bu gün isə məna qüdrətinin inkişafı ilə əlaqədar olaraq ölkələrin mədəni güc əsasında bölünməsi də nəzərdən keçirilir. Mədəniyyətə əsaslanan bölgüdə İran İslam Respublikası və Vyetnam mütləq endogen mədəni güclər kimi tanınacaq.”
İsmayili qeyd edib ki, İran və Vyetnam münasibətləri həmişə dostluq və qardaşlıq üzərində olub. İki ölkə arasında tarixi əlaqənin ən hiss olunan nöqtəsi yeni Vyetnam dilinin atası kimi tanınan Aleksandr Drodisin İsfahandakı məzarıdır.
Nazir əlavə edib: “Müasir dövrdə İran və Vyetnam arasında 1973-cü ildə rəsmi ikitərəfli diplomatik əlaqələr qurulmuş və 90-cı illərdə iki ölkənin səfirlikləri açılmışdır. Buna əsasən 2023-cü il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 50 illiyinə təsadüf edir.
Ötən 50 ildə İran və Vyetnam arasında ikitərəfli əlaqələr üç komponent: hörmət və məhəbbət; siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafı; çoxtərəfli və beynəlxalq qurumlar sahəsində qarşılıqlı əməkdaşlıq əsasında formalaşıb.”