Bu gün (cümə axşamı) səhər saatlarında işğalçı sionistlər Məscidül-Əqsaya təcavüzlərini davam etdirərək, bu müqəddəs məkana hücum edib və onu təhqir ediblər.
arannews.com:İRNA-nın cümə axşamı Fələstinin “Şahab” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, bir qrup ifratçı sionist mühacir bu gün səhər saatlarında sionist hərbçilərin dəstəyi ilə təxribat və təcavüzkar xarakterli hərəkətlə yenidən Məscidül-Əqsaya hücum edib. Qüds Vəqflər İdarəsinin yaydığı məlumata əsasən, işğalçı sionistlər bu yürüşdə Fələstin xalqının qəzəbini təhrik etmək və alovlandırmaq məqsədilə Talmud ayinləri kimi tanınan dini ayinləri icra ediblər.
Bu hərəkətə cavab olaraq müxtəlif fələstinli qruplar sionistlərin məscidi yəhudiləşdirmək planının qarşısının alınması kontekstində müsəlmanları cümə günü sübh namazını kütləvi şəkildə Məscidül-Əqsada qılmağa çağırıblar.
Sionist mühacirlər Təl-Əvivin radikal rejiminin rəhbərliyi və təhriki ilə vaxtaşırı Məscidül-Əqsaya hücum edirlər və bu müqəddəs məkanın statusunu dəyişməyə çalışırlar.
Sionistlər öz bədnam planlarını həyata keçirmək üçün hər hansı bir şəkildə Məscidül-Əqsanı zamana və məkana bölməyə çalışırlar.
Sionist rejimin hücum və cinayətlərinə cavab olaraq Fələstin müqavimət qrupları da Qəzza zolağının sərhədi ətrafındakı və işğal olunmuş ərazinin şimalındakı sionist yaşayış qəsəbələrini bir neçə dəfə raketlərlə hədəfə alıblar.
Fələstinli mübariz qruplar Məscidül-Əqsanın onların qırmızı xətti olduğunu və ona qarşı hər hansı bir hücumun sərt cavabla qarşılanacağını vurğulayıblar