Moskva meri- Sergey Sobyanin bildirib ki, Moskvanın cənubu və qərbində yerləşən Domodedovo hava limanı və Minsk magistral yolu bölgələrində iki hərbi pilotsuz uçuş aparatı məhv edilib.
arannews.com:parstoday-Sobyanin əlavə edib: Rusiya paytaxtına qarşı PUA hücumlarının sonuncu halında Moskvanın hava hücumundan müdafiə sistemi bu şəhərə yollanan iki kamikadze pilotsuzunu məhv edib. Rusiya müdafiə nazirliyi də bu məsələ ilə bağlı bildiribdir ki, Ukrayna pilotsuzları Moskvaya hücuma səy göstərərkən məhv edibliblər.
Bu hücum, pilotsuz uçuş aparatlarının ötən bir həftə ərzində Moskvaya qarşı azı üçüncü hücumu sayılır.
Ukrayna tərəfdən PUA hücumları iyul ayının sonlarından şiddətlənib. Bu hücumlara cavab olaraq, Rusiya prezidentinin sözçüsü- Dmitri Peskov deyibdir ki, Ukraynanın həmin hərəkətləri «Kiyev rejiminin mahiyyəti»nə bir təkiddir.