Tarix : 2023 Aug 12
Kod 63769

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrini birləşdirilməsi üzrə üçtərəfli görüş keçirilib

İran, Azərbaycan və Rusiya energetika nazirlərinin müavinləri Moskvada keçirilən görüşdə üç ölkənin elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdən keçiriblər.
arannews.com:irna-İranın Moskvadakı səfirliyinin cümə günü verdiyi məlumata görə, üç ölkənin energetika nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən bu görüşdə layihənin ən yaxşı şəkildə həyata keçirilməsi üçün ölkələrin əlaqələndirilməsi üzrə son texniki tədbirlər müzakirə edilib və yekun rəy mübadiləsi aparılıb.

Görüşdə İran tərəfini energetika nazirinin müavini Humayun Hairi təmsil edib.

Bundan əvvəl Rusiyanın MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Novikov Rusiya, İran, Ermənistanın energetika nazirləri və Gürcüstanın energetika nazirinin müavini 2016-cı ildə dörd ölkənin elektrik şəbəkəsinin bir-birinə qoşulması üçün anlaşma memorandumu imzaladıqlarını bildirərək, bu memorandumun həyata keçirilməsini regionun təhlükəsizliyinin gücləndirilməsi və transregional müdaxilələr qarşısında ölkələrnin daha çox yaxınlaşması baxımından səmərəli hesab edib.

V. Novikov deyib: “Bu enerji körpüsü vasitəsilə İran öz şimal bölgələrinin ehtiyac duyduğu elektrik enerjisini davamlı şəkildə təmin edə və ilin digər vaxtlarında alınan enerjini mübadilə edə bilər.

Qeyd olunan enerji körpüsü reallaşarsa, İran və Rusiyanın bölgə ölkələrinin imkanlarından istifadə edərək regional problemlərin həllində rollarını gücləndirməsinə səbəb olacaq. Həm də bu, Rusiya ilə Gürcüstan arasındakı münasibətlərdə mövcud problemlərin azaldılmasında təsirli olacaq.”

  • Yazılıb
  • da (də) 2023 Aug 12
  • Göndərən رضا رستمی
Açar sözlər