İranın İraqda müdaxilə etməsi iddiası elə bir surətdə irəli sürülür ki, Amerika 5 ildir ki, bu ölkəni işğal altında saxlayır və hal-hazırda 160 min amerikalı hərbçi İraqda yerləşib
İran servisi/Aran Agentliyi
İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ-ın bu təşkilatdakı nümayəndəsinin İİR barəsindəki təkrar və puç iddialarını təəssüfedici hal və Vaşinqtonun Tehrana qarşı köhnə iddialarının davamı olduğunu elan edib. İranın BMT-dəki daimi nümayəndəliyi dünən yerli saatla dərc olunan sənəddə təkid edib: Amerika və BMT-nin Təhlükəsizlik Şurasının bəzi üzvlərinin himayəsi ilə İraqda yerləşdirilmiş terrorçu qrupların qurbanı olan İran qətiliklə İraqdakı hər növ zorakılıq və terrorçuluğu pisləyir.
İranın BMT-dəki nümayəndəliyi əlavə edib: İran qətiliklə İraqda milli vəhdətin və sabitliyin tərəfdarıdır və bu ölkədə milli birliyin və təhlükəsizliyə zərbə vuran hər növ hərəkəti rədd edir.
BMT-nin Təhlükəsizlik Şurasının İraqın barəsində keçirdiyi iclasda ABŞ səfirliyinin müavini Aleksandro Volf İranın İraqda müdaxilə etməsini təkrar olaraq iddia etdi.
İranın İraqda müdaxilə etməsi iddiası elə bir surətdə irəli sürülür ki, Amerika 5 ildir ki, bu ölkəni işğal altında saxlayır və hal-hazırda 160 min amerikalı hərbçi İraqda yerləşib.