arannews.com: Sputnik. Türkiyə və Rusiya prezidentlərinin görüşü avqustun sonu və ya sentyabrın əvvəli baş tuta bilər.
APA-nın verdiyi xəbərə görə, bu barədə “A-Haber” kanalı məlumat yayıb.
Qeyd olunub ki, V. Putinin Türkiyəyə səfər etmək ehtimalı qalmaqdadır. Lakin, kanalın məlumatına əsasən, görüş Rusiya ərazisində də baş tuta bilər.
Bundan əlavə, Prezident Ərdoğan 9-10 sentyabrda keçiriləcək G-20 Zirvə toplantısında iştirak etmək üçün Hindistana gedəcək. 17-21 sentyabr tarixlərində isə Ərdoğan ABŞ-a səfər edəcək.