Tarix : 2023 Aug 13
Kod 63777

Azərbaycan Ukraynaya yardım edəcək- Azərbaycanın Ukraynadakı səfiri

Azərbaycanın Ukraynaya kömək etməyə hazır olduğu 4 əməkdaşlıq sahəsindən gedir. Zərər çəkmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyası, hərbi personalın reabilitasiyası, enerji sektorunda yardım və Ukraynanın müharibədən sonrakı bərpası nəzərdə tutulub.- səfir bildirib.
arannews:parstoday-Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyatıy Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev ilə görüş keçirib.

 Azərbaycanın KİV-i xəbər verir ki, bu barədə "RBC Ukraine" məlumat yayıb.

Danışıqların əsas mövzusu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub. Səfir .

Azərbaycanın göstərdiyi  yardımlar haqqında məlumat verən səfir S.Mərdəliyev,  qeyd edib ki,Artıq müvafiq avadanlıqlar hazırlanır və maddi-texniki təchizat işlənir. Yaxın vaxtlarda Ukrayna Azərbaycandan generator və transformatorlar alacaq. Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə və bunu genişləndirməyə davam edəcək.

Faktla bağlı Pyotr Kortunov - "Rusiya Beynəlxalq Məsələlər Şurası"nın eksperti hesab edir ki, Qafqaz Rusiyanın mühüm geopolitik məntəqəsi olmasına baxmayaraq, bu olkənin Ukrayna ilə müharibəsi böyük ölçüdə Bakının xeyrinə olub və Rusiya resurslarının böyük hissəsini bu müharibəyə ayırdığı üçün Moskvanın Qafqaza müdaxilə etmək imkanı yoxdur.

Həmçinin Əl-Cəzirə kanalı bir hesabatda yazmışdı ki, Azərbaycan Ukraynadakı müharibədən ən çox faydalanan ölkədir, çünki Rusiyanın Ukraynaya ilə müharibəsi, ardınca Avropa İttifaqı ilə Rusiya arasında qarşılıqlı enerji sanksiyaları Azərbaycan Respublikası Qazını avropalılar üçün alternativ variantlardan birinə çevirdi.

  • Yazılıb
  • da (də) 2023 Aug 13
  • Göndərən رضا رستمی