Tarix : 2023 Aug 14
Kod 63778

Avazada Xəzər konfransı – Xəzəryanı ölkələr dəniz suyunun azalmasından narahatdırlar

Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov Türkmənistanın Milli Turizm Zonası Avazada keçirilən "Xəzər dənizi - Sülh və Dostluq Dənizi" adlı elmi-praktik konfransda bu dənizin ekoloji problemlərindən və suyun səviyyəsinin azalmasından narahatlığını bildirib.
arannews:irna-Xəzər dənizi günü münasibətilə “Xəzər dənizi - Sülh və Dostluq Dənizi” elmi-praktik konfransı diplomatik və beynəlxalq təşkilatların nümayəndəliklərin rəhbərləri və nümayəndələrinin, habelə mötəbər xarici KİV-in iştirakı ilə Türkmənistanın məşhur Avaza Milli Turizm Zonasında keçirilir. Konfransın ümumi iclasında Türkmənistanın Xarici İşlər naziri və İran İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan və Rusiya səfirliklərinin tanınmış nümayəndələri çıxış ediblər.

Konfrans iştirakçıları Xəzəryanı ölkələr arasında gələcəkdə intensiv əməkdaşlığın zəruriliyini vurğuladılar. Çıxışlarda Türkmənistanın Xəzər regionunun ən mühüm proseslərində fəal iştirak etdiyi, sülh, yekdillik və qarşılıqlı faydalı əməkdaşlıq ideyalarına sadiqliyini nümayiş etdirdiyi vurğulanıb.

  • Yazılıb
  • da (də) 2023 Aug 14
  • Göndərən رضا رستمی
Açar sözlər