Bunlardan beş nəfərinin namizədliyi siyasi partiyalar, bir nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb
Azərbaijan Servisi/Aran Agentliyi
İndiyədək 11 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması ilə bağlı sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə «Turan»a MSK Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev bildirib.
Bunlardan beş nəfərinin namizədliyi siyasi partiyalar, bir nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Beş nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
Siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülənlər Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, «Ümid» Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir.
Təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən isə Yaşıllar Partiyasının sədri Mais Güləliyevdir.
Öz namizədliyini irəli sürənlər isə işsiz Yaşar Əhmədov, təqaüdçü Əlimuxtar Əkbərov, Sumqayıt Mərkəzi Xəstəxanasının sanitarı Sevinc Quliyeva, həkim Vüqar Seyidov, Milli Elmlər Akademiyasının Fizika İnstitutunun elmi işçisi Qüdrət İsaqovdur.
Qanunvericiliyə görə, MSK beş gün müddətində irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə qərar qəbul etməlidir.