Tarix : 2023 Aug 15
Kod 63782

Rusiyanın Müdafiə naziri Moskva sərgisində İranın müdafiə nailiyyətləri ilə tanış olub

Rusiya Federasiyasının Müdafiə naziri, Ordu-generalı Sergey Şoyqu bazar ertəsi günü, 2023-cü il Rusiya Beynəlxalq Hərbi Sərgisində iştirakı çərçivəsində İran İslam Respublikasının stendinə baş çəkərək ölkəmizin müdafiə nailiyyətləri ilə tanış olub.
arannews:irna-İran və Rusiya silahlı qüvvələrinin bir qrup yüksək rütbəli rəsmisinin müşayiəti ilə stendə gələn S. Şoyqu İslam Respublikasının müdafiə sahəsində əldə etdiyi bəzi nailiyyətlər barədə məlumatlandırılıb.

“2023-cü il Ordunun Beynəlxalq Hərbi-Texniki Assambleyası” bazar ertəsi, avqustun 14-də Moskvanın qərbindəki Patriot parkında Rusiya prezidenti Vladimir Putinin mesajının oxunması ilə başlayıb.

İİR-nın müdafiə və hərbi sənaye müəssisələri bu sərgidə fəal iştirak etməklə yanaşı, ölkəmizin hərbi və müdafiə təyinatlı məhsullarının müxtəlif nümunələrini iştirakçılara nümayiş etdiriblər.

Bu sərgi avqustun 14-dən 20-dək Moskvanın qərbində keçiriləcək. Sərgidə Rusiyanın 1500-ə yaxın müdafiə şirkəti və yeddi ölkədən 85 xarici şirkət iştirak edib.

Bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargahının rəis müavini, briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi İİR Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndə heyəti Rusiya Federasiyasının beynəlxalq müdafiə və təhlükəsizlik tədbirlərində iştirak etmək məqsədilə Moskvaya səfər edib. Bu nümayəndə heyətinin səfəri İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Rusiyaya rəsmi dəvət olunmasından sonra baş tutub.

İranın Moskvadakı səfirliyinin hərbi attaşesi Birinci dərəcəli kapitan Rza Xosrəvi Müqəddəmin verdiyi məlumata görə, İranın yüksək rütbəli hərbi heyəti bazar ertəsi, avqustun 14-də sərgidə iştirak etmək və baxış keçirməklə yanaşı, bir sıra iştirakçı xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə danışıqlar aparacaq.

Həmçinin ölkəmizin hərbi nümayəndə heyətinin rəhbəri 2023-cü il avqustun 14-də Moskvada keçiriləcək 11-ci Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək və bu konfransın ilk iclasında “çoxqütblü dünyanın vəziyyəti” ilə bağlı məruzə ilə çıxış edəcəkdir.

  • Yazılıb
  • da (də) 2023 Aug 15
  • Göndərən رضا رستمی