Tarix : 2023 Aug 16
Kod 63788

Çin: İranla hərbi əməkdaşlığı genişləndirməyə çalışırıq

Çinin Müdafiə naziri deyib: “Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr, o cümlədən İranla hərbi əməkdaşlığı genişləndirmək niyyətindəyik.”
arannews: irna-çərşənbə axşamı Moskvada keçirilən 11-ci Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Li Şanqfu ŞƏT-in müşahidəçi üzvü olan Belarusla da əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

L. Şanqfu Çinin həmçinin silahlara nəzarət və nüvə silahlarının yayılmaması sahələrində beynəlxalq əməkdaşlığı genişləndirəcəyini bildirib.

Pekin-Moskva hərbi əlaqələrinə toxunaraq Çinin Müdafiə naziri Rusiya ilə Çin arasında hərbi sahədə münasibətlərin başqa ölkələrə qarşı olmadığını da diqqətə çatdırıb.
O, bəzi qərb ölkələrini Tayvan məsələsində hərəkətlərinə görə tənqid edərək deyib: “Tayvan məsələsində “odla oynamaq” və ondan Çini cilovlamaq üçün istifadə etmək cəhdi uğursuzluğa məhkumdur.”

Şanqfu daha sonra Çinin Ukrayna böhranını həll etmək səylərini xatırladaraq deyib: “Çin hökuməti bir çox beynəlxalq münaqişələrin və problemlərin, o cümlədən Ukrayna böhranının həlli üçün sülh danışıqlarını davam etdirəcək.”

​​​​​
  • Yazılıb
  • da (də) 2023 Aug 16
  • Göndərən رضا رستمی