Tarix : 2008 Aug 07
Kod 6379

TÜRKİYƏDƏ NÖVBƏTİ KRİMİNAL HADİSƏ

bu gün Türkiyənin İstanbul şəhərinin Üsküdar rayon bələdiyyəsinin binasına Karacaahmet Məzarlığı adlanan qəbiristanlıqdan 4 dəfə tank əleyhinə qumbara atandan atəş açılıb
Turkyə Servisi/Aran Agentliyi
Türkiyənin İstanbul şəhərinin Üsküdar rayon bələdiyyəsinin binasına tank əleyhinə qumbara atandan atəş açılıb.

İslam-Azeri-nin Cihan XA-nə istinadlı xəbərinə görə bu gün Türkiyənin İstanbul şəhərinin Üsküdar rayon bələdiyyəsinin binasına Karacaahmet Məzarlığı adlanan qəbiristanlıqdan 4 dəfə tank əleyhinə qumbara atandan atəş açılıb.

Verilən xəbərə görə 3 mərmi qəbiristanlığın sahəsinə 4-cü mərmi isə binaya dəyib.

Bir nəfərin yaralandığı qeyd edilir.

Bu arada hücum edənlərin kimliyi məlum olmasada onların hədəfi dəqiqləşdirilib.

Belə ki, naməlum cinayətkar dəstə blədiyyə binasından 500 metr aralı olan hərbi hissələri hədəfə almaq istəyirlərmiş.
  • Yazılıb
  • da (də) 2008 Aug 07