Birgə İqtisadi Komissiyaya məsul nazir iki ölkə rəsmilərinin səyləri ilə İran və Türkiyə başçılarının iki tərəf arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ciddi iradəsinin reallaşacağına ümidvarlıq ifadə edib.
arannews:irna-Xarici İşlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Məhdi Səfəri iqtisadiyyat nazirliklərindən ibarət iqtisadi nümayəndə heyətinin müşayəti ilə Türkiyəyə səfər edib. O, Türkiyə rəsmiləri ilə görüşdən sonra İdman və Gənclər naziri, İran və Türkiyənin Birgə İqtisadi Komissiyasının məsul naziri ilə görüşüb. Məhdi Səfəri iki ölkənin gündəmində olan iqtisadi məsələləri, o cümlədən enerji, sərhəd bazarları, sərhəd əyalətləri arasında əməkdaşlıq, tranzit, birgə iqtisadi komissiyanı nəzərdən keçirərməklə yanaşı, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin koordinasiyasında bu iclasın rolunu mühüm hesab edərək bu yaxınlarda iki ölkənin birgə iqtisadi komissiyasının 29-cu iclası keçiriləcəyini xəbər verib.
Türkiyənin İdman və Gənclər naziri Osman Aşkın Bak da iki qonşu ölkənin ortaq cəhətlərinə diqqət çəkib, İran və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı müxtəlif sahələrə işarə edərək, iki ölkə rəsmilərinin səyləri ilə İran və Türkiyə başçılarının iki tərəf arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ciddi iradəsinin reallaşacağına ümidvar olduğunu bildirib.
Görüşdə Aşkın Bak Türkiyə tərəfinin iki ölkə arasında Birgə İqtisadi Komissiyanın iclasını keçirməyə hazır olduğunu açıqlayıb.