Tarix : 2023 Aug 17
Kod 63793

Hindistan səfiri: İranla iqtisadi əlaqələrin genişlənməsinə çalışırıq

Hindistanın İrandakı səfiri bu ölkənin müstəqilliyinin ildönümü mərasimində deyib: “Dehli İranla iqtisadi əlaqələrini şaxələndirməyə çalışır və iki ölkənin iqtisadi əməkdaşlığına xarici təzyiqlər yaradan geosiyasi şəraitin yaxşılaşacağına ümid edir.”
arannews:irna-Rudra Qaurav Şrest çərşənbə axşamı Tehranda Hindistanın müstəqilliyinin 77-ci ildönümü münasibətilə keçirilən mərasimdə İran və Hindistanın ikitərəfli münasibətlərin inkişafı ilə bağlı planlarına toxunaraq deyib: “Biz iki ölkənin nazirlər səviyyəsində birgə komissiyasının iclasına hazırlaşırıq. Hindistanın Baş naziri Narendra Modi gələn həftə Cənubi Afrikada keçiriləcək BRİKS sammiti çərçivəsində İran Prezidenti ilə görüşməyi səbirsizliklə gözləyir. Həmçinin, cənab Modi tezliklə Hindistanda cənab Rəisini qəbul edəcəyinə ümid edir.”

Tranzit və keçid yolları sahəsində əməkdaşlığı İran və Hindistan münasibətlərinin ən mühüm aspektlərindən biri hesab edən səfir qeyd edib ki, Hindistan Avrasiya və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün strateji region və dost ölkə olan İranın ərazisindən faydalanmaq istəyir. Bu səbəbdən Hindistan həm Şimal-Cənub ticarət dəhlizi, həm də Çabahar limanı layihəsində tərəfdaşdır.

O, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı da vurğulayaraq deyib: “Tehran və Dehli Əfqanıstandakı vəziyyət və ya Fars körfəzində təhlükəsizlik və sabitlik kimi hər iki ölkəni birgə narahat edən mühüm regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.”

İran və Hindistan arasında münasibətlərin qədim olduğunu diqqətə çatdıran səfir deyib ki, bizim xalqımız, rəhbərlərimiz bir-birinə dostluq, inam və qarşılıqlı hörmətlə yanaşırlar, İran və Hindistan arasında bir-birinə qarşı dayanan heç nə yoxdur.

Hindistan səfiri ölkəsinin müxtəlif sahələrdə, o cümlədən rəqəmsal sektor və informasiya texnologiyaları sahəsində inkişafından da danışıb.

Rudra Qaurav Şrest həmçinin Hindistanın son həftələrdə dünyanın ən çox cəmiyyəti olan ölkəyə çevrildiyini və yaxın onillikdə dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilməsinin gözlənildiyini bildirərək deyib: “Hindistan əhalisinin dörddə biri 15 yaşdan aşağıdır və əhalimizin yarısı, yəni 700 milyon insan isə 25 yaşdan aşağıdır. Ona görə də aydındır ki, Hindistan uzun müddət həm bazar, həm də işçi qüvvəsi mənbəyi kimi böyüməyə davam edəcək.”

Hindistanın müstəqilliyinin 77-ci ildönümü mərasimi çərşənbə axşamı Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kəni, Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri Qulaməli Həddad Adil, xarici ölkələrin Tehrandakı səfir və nümayəndələri, Tehran və Dehli arasında əlaqələr sahəsində bir qrup fəalın iştirakı ilə keçirilib.

  • Yazılıb
  • da (də) 2023 Aug 17
  • Göndərən رضا رستمی