Livan Hizbullahının Baş katibinin sionist rejimi daş dövrünə qaytarmaq təhdidinin ardınca, sionist media mənbələri Seyid Həsən Nəsrullahın müqavimət gücünə inamını sionist rejim üçün strateji təhlükə kimi şərh ediblər.
arannews:İRNA-nın çərşənbə axşamı “Əl Məyadin” telekanalına istinadən verdiyi məlumata görə, sionist mediaları bazar ertəsi axşam saatlarında Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullahın çıxışını təhlil və şərh etdərək bu barədə bildiriblər: “Nəsrullahın özünə inamı artması əsas problemdir.” Sionist medialar qeyd ediblər ki, Seyid Həsən Nəsrullahın nöqtəli raketlərə güvəni artmaqdadır. Bu məsələ hədə-qorxu balansı və sionist rejimin diqqət etməli olduğu strateji təhlükədir.
Sionist rejimin 13-cü kanalının ərəb məsələləri üzrə eksperti Hezi Simantov bu barədə belə deyib: “Hizbullahın nöqtə vuran raketləri də daxil olmaqla 170 min raketi vardır ki, bu da İsrailin daxili cəbhəsinə ciddi və əhəmiyyətli ziyan vura bilər.
Seyid Həsən Nəsrullah hər yerə, hətta Dimona reaktoruna belə çata bilən və İsraili daş dövrünə qaytara bilən qanadlı raketlər müharibəsindən danışır.”
Sionist ordusunun ehtiyatda olan zabiti Əmir Əvivi də bu haqda deyib: “Seyid Həsən Nəsrullah eşidilməsi vacib olan bəzi mühüm məsələlərdən danışdı. Onların arasında “İsrail ordusu 2006-cı ildən müdafiə mövqeyinə keçib” ifadəsi də yer alır. Bu o deməkdir ki, onun baxışından ordumuzun hücum imkanları kifayət qədər güclü deyil.
Habelə, Seyid Həsən Nəsrullah hədələdi: “Hizbullah tərəfindən həddən artıq inamla yüzlərlə dəqiq raket hava qüvvələri bazalara, Təl-Əvivdəki Kiryah təhlükəsizlik zonasına və elektrik stansiyalarına buraxıla bilər.” Biz bu məsələyə diqqət yetirməliyik.”
İRNA-nın məlumatına görə, Seyid Həsən Nəsrullahın Hizbullahın raket qüdrəti ilə bağlı sözləri sionist rejimin medialarında geniş şəkildə əks olunub və onları qorxudub.
Sionist rejim mediaları Hizbullahın Baş katibinin sözlərini əks etdirərək onun bu cümləsini diqqət mərkəzində saxlayıblar: “Livana hücum edilərsə, daş dövrünə qayıdan “İsrail” olacaq.”
Hizbullahın İsrail üzərində 33 günlük qələbəsinin 17-ci ildönümü münasibətilə edilən bu çıxışda Seyid Həsən Nəsrullah əlavə edib: “Müharibə müqavimət oxu ilə başlasa, “İsrail” deyilən bir şey qalmayacaq.
Düşmən təşəbbüs sahibi olduğu hücum mərhələsindən müdafiə mövqeyində olduğu mərhələyə qayıdıb.”
O vurğulayıb: “Bu gün İsrail ordusu keçmişlə müqayisədə ən pis vəziyyətdədir.”