Ölkəmizin Xarici İşlər naziri Hüseyn #Əmir_Abdullahiyan bir günlük səfər üçün bir neçə dəqiqə əvvəl Ər Riyad hava limanına çatıb. Onu hava limanında Səudiyyə Ərəbistanı Xarici İşlər nazirinin müavini qarşılayıb.
arannews:irna-Ölkəmizin Xarici İşlər nazirinin səudiyyəli həmkarından əlavə Ər-Riyadda bəzi digər rəsmilər ilə də görüşməsi nəzərdə tutulub. Bu səfər cari ilin martında Pekində iki ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katiblərinin iştirakı ilə İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına dair razılaşmanın icrası çərçivəsində həyata keçirilir.
Bir müddət əvvəl Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərhan bu istiqamətdə Tehrana səfər etmişdi.
Bu səfərin xüsusilə Qərb-sionist oxunun mediaları və təbii ki, farsdilli düşmən medialar tərəfindən çoxlu reaksiyalarla qarşılaşacağı gözlənilir.